Şrift:
Ərdoğanın müavini İraq kürdləri ilə bağlı inanılmaz açıqlamalar verib
20.06.2014 [10:10] - Gündəm, Türk dünyası-Turan
Şimali İraqın Türkiyə ilə çox sıx əlaqələrə sahib olduğunu vurğulayan sədr müavini kürdləri qardaş adlandırıb.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Hüseyin Çelik kürd xəbər saytı olan “Rudav”-a şok açıqlamalar verib. Türkiyə mətbuatı xəbər verir ki, H.Çelik İraqın faktiki olaraq 3 bölgəyə bölündüyünü və kürdlərin öz talelərini təyin etmək hüququna malik olduğunu bildirib. Şimali İraqın Türkiyə ilə çox sıx əlaqələrə sahib olduğunu vurğulayan sədr müavini kürdləri qardaş adlandırıb:

“Şimali İraqın, yəni Kürdüstanın dostları, qardaşları olaraq buradakı inkişafdan məmnunuq. İraqla ticarətimizin 70 faizi Kürdüstanın üzərindən həyata keçirilir. İraq hökuməti bundan narahatdır və mane olmağa çalışır. Amma biz əlaqələrimizi daha da inkişaf etdirəcəyik”.

Ərdoğanın müavini qeyd edib ki, gələcəkdə Türkiyə ilə İraq Kürdüstanı arasında beş sərhəd keçid məntəqəsi açılacaq.
Bu xəbər oxucular tərəfindən 677 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed