Şrift:
Təbrizdə 128 azərbaycanlı fəalın məhkəməsi başlayıb
15.12.2011 [11:49] - Xəbərlər
Təbriz Məhkəməsinin 104-cü şöbəsində 128 azərbaycanlı fəalın məhkəməsi keçirilir.

Dekabrın 13-də Kiyanuş Şükuhun sədrliyi ilə başlayan prosesdə təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülmüş ittihamlarla razılaşmayıblar.

Azərbaycanlı fəalların hüquqlarını vəkillər Yusif Molayi və Musa Bərzin Xəlifəlu müdafiə edirlər.

İctimai asayişi pozmaqda təqsirləndirilən şəxslər Urmiya gölünün qurumasına İran hökumətinin laqeyd münasibətinə etiraz olaraq keçirilən aksiyalar və Təbrizin “Traktor” futbol komandasının oyunları zamanı həbs olunublar.

Məhkəmə davam edir.
Bu xəbər oxucular tərəfindən 1246 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed