15.12.2011 [11:53] - Diaspor
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin fərmanı ilə Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin sədri, Qazaxıstan Xalqları Assambleyası Şurasının üzvü, texnika elmləri namizədi Əbülfəz Müslümoğlu bu ölkənin ən ali mükafatı sayılan “Kürmet” ordeni ilə təltif olunub.
APA-nın Mərkəzi Asiya müxbirinin məlumatına görə, təltifetmə mərasimində Qazaxıstanın dövlət katibi Kanat Saudabayev bildirib ki, Qazaxıstandakı Azərbaycan diasporunun rəhbəri Əbülfəz Müslümoğlu ölkənin sosial-iqtisadi, mədəni inkişafında roluna, qazax dilinin Azərbaycan diasporu arasında geniş təbliğinə, Qazaxıstan Xalqları Assambleyası Şurasının üzvü kimi fəal xidmətlərinə görə Nursultan Nazarbayev tərəfindən yüksək mükafata layiq görülüb.
Əbülfəz Müslümoğlunun ata-babaları keçən əsrin 1932-1937-ci illərində Azərbaycandan Qazaxıstana sürgün olunub. 1962-ci ildə Cənubi Qazaxıstan vilayətinin Maxtaral rayonunda dünyaya göz açan Əbülfəz Müslüm oğlu hazırda ölkənin 20 ən güclü və investisiya qabiliyyətinə malik sahibkarlarından hesab olunur. O, 2000-ci ilin əvvəllərindən Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinə başçılıq edir. Qazaxıstanlı soydaşlarımızın mətbu orqanı olan “Vətən” qəzetinin, Qazaxıstan dövlət radiosunda efirə çıxan həftəlik “Azərbaycan proqramı”nın, bazar günü Azərbaycan məktəbinin, “Bahar” rəqs qrupunun bütün maliyyə xərclərini və digər tədbirlərin məsrəflərini Əbülfəz Müslümoğlu ödəyir.
APA-ya açıqlama verən Ə. Müslümoğlu bu yüksək mükafatı bütün Qazaxıstan azərbaycanlılarına verilən qiymət kimi dəyərləndirib: “Astanada Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin inşası gələn il tamamlanacaq. 2012-ci ildə hər kəsi bu mərkəzimizin açılışına dəvət edirəm”.
Qeyd edək ki, Astanada inşa olunan 14 mərtəbədən ibarət “Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi”nin inşası Əbülfəz Müslüm oğlunun şəxsi vəsaiti hesabına həyata keçirilir. Mərkəzin ümumi smeta dəyəri 10 mln. ABŞ dolları dəyərindədir.

Bu xəbər oxucular tərəfindən 1342 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |