Şrift:
Fərəc Quliyev Parlamentdə yenə Güney azərbaycanlıları müdafiə etdi (audio)
20.06.2014 [13:12] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
" Təəssüflər olsun ki, bu adamların bir çox hüquqları tapdalanır və çox kiçik istəkləri var ki, yerinə yetirilmir"

Bü gün Milli Məclisin iclasında çıxış edən Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Güney azərbaycanlı qaçqınların hüquqlarının qorunmasıyla bağlı çıxış edib.
NATO-nun Azərbaycanda keçirilən tədbirində Azərbaycan Nümayəndə Heyyətinin qazandığı uğura görə vitse-spiker Ziyafət Əskərova təşəkkür etməklə çıxışına başlayan Fərəc Quliyev bildirib ki, 1 milyon qaçqının hüquqlarını qoruyan Azərbaycan Respublikasının Güney Azərbaycandan ölkəmizə qaçqın statusu ilə gəlmiş 20-yə qədər qaçqının hüquqlarını qorumaması təəssüf doğuran bir haldı. Millət vəkili prezidentin "Azərbaycan 50 milyonluq azərbaycanlıların vətənidir" ifadəsini xatırladaraq, icra orqanlarını soydaşlarımız qarşısında olan borcumuzu yerinə yetirməyə çağırıb.

Fərəc Quliyevin həmin çıxışının tam mətnini və audio yazısını təqdim edirik:

"Azərbaycan Nümayəndə Heyyətinin bu dəfə NATO tədbirində çox ciddi uğurlar qazanmasında Ziyafət müəllimin xüsusi olaraq orda bir komandanın rəhbəri kimi koordinasiyasını çox yüksək qiymətləndirirəm və təşəkkür edirəm.
Mən bir məsələ ilə bağlı söz aldım. Güney Azərbaycandan bura qaçqın kimi iyirmiyə yaxın insan gəlib və onlara Qaçqın Vəsiqəsi də verilib. Həmin vəsiqələrdə yazılır ki, Bu vəsiqənin sahibi Azərbaycan Respublikası tərəfindən qaçqınların və məcburi köçkünlərin ölkə daxilində köçürülmüş şəxslərin statusu haqqında Azərbaycan Respublikasının 1999-cu il 21 may tarixli qanunu əsasında qaçqın kimi tanınır. Bu vəsiqənin sahibi Azərbaycan Respublikasının ərazisində qaçqınlar üçün qanunvericilikdə müəyyən edilmiş hüquqlar əldə edir və vəzifələr daşıyır. Təəssüflər olsun ki, bu adamların bir çox hüquqları tapdalanır və çox kiçik istəkləri var ki, yerinə yetirilmir. 1 milyondan çox qaçqınımız var və 20 nəfəri də üstünə gələndə olsun 1 milyon 20 nəfər. Azərbyacan Respublikasının prezidenti dəfələrlə bildirib ki, Azərbaycan 50 milyonluq azərbaycanlıların vətənidir və mən hesab edirəm ki, müvafiq icra orqanları bu məsələni nəzərə alsalar, biz soydaşlarımız qarşısında borcumuzdan çıxmış olarıq."

Bu xəbər oxucular tərəfindən 1329 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed