21.06.2014 [11:02] - Xəbərlər, Siyasi partiyalar, Bildiriş
Son vaxtlar Rusya prezidentinin yenidən “SSRİ” yaratmaq illuziyası ölkəmizdəki imperiya qullarını xeyli həvəsləndirib. İmperiyaya öz sədaqətlərini nümayiş etdirmək üçün, hərə öz səviyyəsində milli qüvvələrə qarşı hücuma başlayıb. Bu hədəflərdən biri də, Azərbaycanda “beşinci kalon”-un fəaliyyətini əngəlləmək üçün bu məsələni gündəmə gətirən, Rusiyanın imperiyaçılıq siyasətinə qarşı sərt mövqeyi ilə seçilən Milli Dirçəliş Hərəkatı Partiyası və bu partiyanın lideri, millət vəkili Fərəc Quliyevdir.
Milli kəsimə qarşı başlamış bu kompaniyada liderlərə şər yaxmaq üçün hər cür yalan və iftiralar uydurulur. Belə böhtanlardan biri də bu günlərdə ortaya atıldı. Belə ki, həmin “beşinci kalon”-un Azərbaycanda yaratdağı Milli Şuranın mitinq komitəsinin sədri olmuş Asəf Quliyev Eks-prezident Əbülfəz Elçibəyin 1993-cü ildə Kələkiyə getməsinin ildönümüylə bağlı mətbuata verdiyi açıqlamada belə bir ifadə işlədib ki, “Bəy Kələkiyə çatanda Fərəc Quliyevi söyüb və baş verənlərə görə onun baiskar olduğunu deyib”.
Əslində burda məqsədli olaraq, bir gedişlə iki hədəf nəzərdə tutulub. Birinci məqsəd Milli lider Əbülfəz Elçibəyin şəxsiyətinə camur atmaqdır. Əbülfəz Elçibəyin bütün yaxın ətrafı bilir ki, o nəinki söyüş söyən, heç həqarəti-təhqiri belə dilinə almayan bir şəxsiyyət idi. Onun bu keyfiyyətini əslində bütün xalq bilir. Bir şəxsiyyət kimi mükəmməl bir lider olan Əbülfəz Elçibəy haqqında bu cür ucuz ifadələr işlətmək, əslində çılız təfəkkürün məhsulundan başqa bir şey deyil.
Həm də, Əbülfəz Elçibəyin 1993-cü ildə Bakını tərk etməsi, kiminsə göstərişi və məsləhəti ilə deyil, Azərbaycan xalqını vətəndaş müharibəsindən qurtarmaq məqsədiylə atılmış bir addım olduğunu hər kəs bilir. Milli Azadlıq Hərəkatının lideri, 1992-ci ildə xalqın böyük etimadı ilə prezident seçilmiş, dəmir iradəli, Milli lider Əbülfəz Elcibəyin öz atdığı addımlarda kimisə günahlandırmasını söyləmək sağlam düşüncənin məntiqi ola bilməz.
O ki, qaldı Əbülfəz Elçibəyin Fərəc Quliyevə münasibəti, onun haqqındakı düşüncələri və həmin dönəmdəki fəaliyyətinə verdiyi qiymətə, bunu Əbülfəz Elçibəyin öz dilindən təqdim edirik. 1999-cu ildə çap edilmiş, “Elçibəylə 13 saat üz-üzə” kitabının 202-203 səhifələrində Ədalət Tahirzadəyə verdiyi müsahibəsində Əbülfəz Elçibəy bildirir ki, biz Fərəc Quliyevin ortaya qoyduğu mövqe ilə getsəydik daha düzgün hərəkət etmiş olardıq.
Əbülfəz Elçibəy: “Sonra elə oldu ki, Azərbaycanda hərbi vəziyyət kəskinləşdi. Belə şəraitdə Xalq Cəbhəsi daha kəskin və sərt çıxış etməliydi. Buna görə də İcraiyyə Komitəsinə Fərəc Quluyevi gətirdik. O, hərbçilərlə açıq və sərt danışa bilirdi. Müdafiə naziri də, daxili işlər naziri də onunla ehtiyatlı danışırdılar. Fərəc bəy onları yerində oturda bilirdi, çünkı həm də millət vəkilidi. O, birinci dəfə olaraq Rəhim Qazıyev və Surət Hüseynov haqqında bəyanat verdi. Biz bu sərtliklə getsəydik daha düzgün hərəkət etmiş olardıq, ancaq, təəssüf ki, mövqeyimizi yumşaltdıq. Bu adamların ikisi də hələ onda həbs olunmalıydı”.
Kitab: 202-203 səh
MDHP Mətbuat Xidməti

Bu xəbər oxucular tərəfindən 1714 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |