23.06.2014 [11:08] - Güney Azərbaycan xəbərləri, Siyasət
İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri iyulun 2-də Vyanada keçiriləcək. Biz tükənmək bilməyən suallar üçün əməkdaşlıq etməyəcəyik, sentrifuqa sayını isə özümüz müəyyənləşdirəcəyik. Müzakirələr faydalı olduğu müddətcə yekun nəticə əldə olunanadək davam edəcək”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri İran xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hələlik ortaq mətndən danışmaq mümkün deyil: “Bir çox mövzunun məzmunu ilə bağlı fikir ayrılığı var. Eyni zamanda mətndə sözdən çox mötərizələr var. Razılaşmanın adı çərçivəsi məsələsində fikirlər üst-üstə düşür. Ancaq qaşı tərəf hələ də ciddi iradə ilə müzakirələrə qatılmayıb. İranın hərbi doktrinasında kütləvi qırğın silahlarına yer yoxdur. İran öz qanuni haqqından imtina etməyəcək”.
M.C.Zərif ABŞ-ın “altılıq” ölkələrinə qarşı göstərdiyi təzyiqlərə də toxunub: “ABŞ beynəlxalq sahədə səlahiyyəti olmasa da, sanksiyalar mövzusunda ən çox qanunsuz təzyiqləri tətbiq edir. Bu səbəbdən bir çox addımlar bu ölkə tərəfindən atılmalıdır”.
İran XİN rəhbəri İsfahanda və Nətənz nüvə obyektlərində uranın zənginləşdirilməsinin və yanacaq istehsalının davam etdirilməsinin Buşəhr Atom Elektrik Stansiyasının ehtiyacları üçün zəruri olduğunu deyib: “İranın elmi ehtiyacları tam olaraq dəqiqləşdirilib. Sadəcə əsl problem ABŞ-dır. Çünki Cenevrə razılaşmasına uyğun olaraq həyata keçirilən Birgə Fəaliyyət Planı çərçivəsində sanksiyaların aradan qaldırılması lazımdır. Bunu ABŞ dövlət katibinin müavini Uilyam Börns də yaxşı bilir. Sanksiyalar aradan qaldırılmadan problem həll edilə bilməyəcək. Qarşı tərəf sözdə öhdəliklərinə sadiq qalsalar da, praktikada bundan uzaqdırlar”.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri 5 günlük danışıqlardan sonra ciddi irəliləyiş əldə olunmadan başa çatıb.

Bu xəbər oxucular tərəfindən 774 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |