23.06.2014 [20:16] - Xəbərlər, İqtisadiyyat
Azərbaycan və İnquşetiya mebel və tikinti materialları istehsalı sahəsində bir sıra sazişlər imzalayacaqlar. Bunu İnquşetiya Prezidenti Yunusbek Yevkurov bazar ertəsi Qəbələdə keçirilən V Azərbaycan-Rusiya regionlararası əməkdaşlıq forumu çərçivəsində jurnalistlərə deyib.
Prezident qeyd edib: "Bizdə keyfiyyətli tikinti daşı var və Azərbaycandan daş almağı planlaşdırmırıq. İstəyirik ki, azərbaycanlı mütəxəssislər İnquşetiyada bu istiqamətdə işləsinlər".
Y.Yevkurov bildirib ki, iki ölkə arasında turizm sahəsində əməkdaşlıq da planlaşdırılır: "Azərbaycanda turizm sahəsi fəal inkişaf edir və buna görə də bu sahədə müsbət təcrübəni mənimsəmək istəyirik. Xüsusilə də sizdə yüksək səviyyədə olan xidmət sahəsini".
O, əlavə edib ki, Azərbaycan-İnquşetiya əməkdaşlığı taktiki xarakter daşıyır: "Bütün mənalarda Rusiyanın strateji tərəfdaşı olan Azərbaycan iqtisadiyyatının inkişaf təcrübəsinə baxır və öyrənirik. İnquşetiya miqyasında strateji əlaqələrin qurulmasına hələ çox var, lakin biz əməkdaşlığa taktiki səviyyədə başladıq və bu, müsbət haldır".

Bu xəbər oxucular tərəfindən 883 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |