Şrift:
GAMAC-da yeni təyinatlar və qurumlar müəyyənləşdirildi
24.06.2014 [10:02] - Güney Azərbaycan xəbərləri, Diaspor
GAMAC (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) in sədri Prof.Təbrizi-in davam.az saytına verdiyi məlumata əsasən GAMC İdarə Heyətinin 08.06.2014 keçirdiyi toplantıda sayın prof. Səbri bəy Təbrizinin GAMAC-ın başqanı kimi öz fəaliyyətini davam etdirməsinə səs çoxluğuyla qərar verildi. İdarə heyəti üzvü Sadiq İsabəyli idarə heyətinin qərarı əsasında yenidən katib seçildi. 22.06.2014 tarixdə keçirilən idarə heyəti toplantısında isə GAMAC-ın sözçüsü Mehsa xanım Mehdili seçildi. İdarə heyətinin aldığı qərara əsasən GAMAC sözçüsünün fəaliyyət müddəti 6 aydır. Növbəti 6 ay üçün GAMAC-ın sözçüsü vəzifəsinə Şərifə xanım Cəfərinin namizədliyi qəbul edildi. Siyasi və təşkilat komitəsinin yaradılması təklifi İH-də müzakirə olunaraq səs çöğluğu ilə qəbul edildi. Hər bir komitənin kadr heyəti müəyyənləşdirildi.

GAMAC-ın təşkilat komitəsinə aşağıdakı şəxslər seçildilər:
1. Əhməd Obalı 2. Fəramərz Qulizadə 3. Vəhid Mehdizadə 4. Yaşar Əsədi 5. Sadiq İsabəyli

GAMAC-ın siyasi komitəsinə aşağıdakı şəxslər seçildilər:
1. Məhsa Mehdili 2. Əhməd Obalı 3. Elnur Mərəndli 4. Nəbi Soytürk 5. Sadiq İsabəyli 6. Xudayar Teymuri

GAMAC başqanı sayın prof. Qulamrza Səbri bəy Təbrizi komitələrin iclaslarına qatılaraq, müzakirələrdə iştirak edəcək.
Bu xəbər oxucular tərəfindən 989 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed