24.06.2014 [10:36] - Güney Azərbaycan xəbərləri, Mədəniyyət
Güney Azərbaycandan davam.az saytına daxil olan məlumata əsasən İyun ayının 18 və 19-da Öləndilbər yaylağında təşkil edilən festivalda bölgədəki köçəri türk tayfalarının yaşayış tərzi, adət ənənələri və gündəlik həyatını əks etdirən səhnələr nümayiş etdirilib.
Festivalda oyunlar, yarışlar və aşıqların çögür ifası kimi proqramlarla yanaşı, köçəri tayfaların ənənəvi yeməkləri və əl sənəti nümunələri də sərgilənib.
Bölgənin köçəri tayfaları adətən iyul və avqust aylarını Öləndilbər yaylağında keçirirlər.
Güney Azərbaycanın Zəncan vilayətində yaşayan ən məşhur köçəri qrupları Şahsevən, Bayat, Osanlı, Muqəddəm və Xudabəndə kimi türk tayfalarından ibarətdir.

Bu xəbər oxucular tərəfindən 954 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |