24.06.2014 [11:03] - Gündəm, Siyasət
Elmar Məmmədyarov rəsmi Bakının iki illik planlarını AŞPA-da açdı - şok deyişmə
"Avropalı deputatlar Azərbaycanı nəhayət, Avropa dəyərlərini mənimsəməyə çağırır“; Elmar Məmmədyarov Strasburqda demokratiya imtahanı verdi və ittiham etdi: "Cənab Roşblua ölkəmin sərhədlərini qanunsuz keçib..."
"Avropa ilə yaxınlaşma Azərbaycan üçün prioritetdir və bu siyasət davam edəcək”. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında qurumun Nazirlər Kabinetinin sədri statusunda etdiyi çıxışında deyib.
XİN rəhbəri bildirib ki, Azərbaycan son illər bir çox sahələrdə uğurlar əldə edib və ölkə davamlı inkişaf üçün səylərini əsirgəməyəcək. Nazir onu da bildirib ki, rəsmi Bakı korrupsiya ilə mübarizə tədbirlərini davamlı olaraq nəzarətdə saxlayır və bu məsələ ilə bağlı Azərbaycanda Avropa Şurası çərçivəsində toplantı keçiriləcəyi planlaşdırılır: “Azərbaycanın Nazirlər Komitəsinə sədrlik dönəmində bir sıra tədbirlər keçiriləcək. Bunlardan biri də Avropa Oyunlarıdır. Azərbaycan eyni zamanda mədəniyyətlərarası və dinlərarası dialoqun örnək ölkələrindəndir. Biz Bakıda bu məsələrlə bağlı sentyabrda beynəlxalq toplantı keçirməyi planlaşdırırıq. Biz Nazirlər Komitəsinə sədrlik dönəmimizdə Azərbaycanla Avropa Şurası arasındakı fəaliyyət planının bütün istiqamətləri üzrə səmərəli işləyəcəyimizi düşünürük”.
Azərbaycan XİN rəhbəri Ukraynadakı 25 may növbədənkənar prezident seçkisinə də toxunub. E.Məmmədyarov deyib ki, seçki beynəlxalq hüquq normalarına uyğun, azad və ədalətli keçirilib. O, Avropadakı münaqişələrdən danışarkən Kosova məsələsinə də toxunub. Nazir deyib ki, Avropanın bir çox ölkələri Kosovanın statusu ilə bağlı fərqli mövqe tutduğu üçün Avropa Şurasının bu məsələdə tərəfsizliyini qoruması daha məqsədəuyğundur.
Daha sonra Elmar Məmmədyarov Avropa parlamentarlarının suallarını cavablandırıb. Qarabağ məsələsinin çözümü haqqında suala cavab verən nazir deyib ki, ölkə bu problemin çözümü üçün yalnız dinc yolu məqbul sayır: “Rəsmi Bakı işğal olunan torpaqların azad edilməsi üçün dinc varianta üstünlük verir. Beynəlxalq hüquq Ermənistandan işğal etdiyi Azərbaycan torpaqlarını dərhal azad etməsini tələb etsə də illərdir bu problem uzanır. Onu da bildirmək istəyirəm ki, Qarabağın işğaldan azad edilməsi planı var – bu plan BMT Təhlükəsizllik Şurasının qətnamələrində əks onlunub. Biz ümid edirik ki, Azərbaycanın AŞ NK-nə sədrliyi dönəmində Qarabağ probleminin çözümü üçün müəyyən addımların atılması mümkün olacaq. Sülhün bərqərar olması, münaqişənin çözülməsi təkcə Azərbaycan üçün deyil, bütün region üçün son dərəcə önəmli məsələdir”.
Fransalı Deputat xanım Brua Elmar Məmmədyarovdan Fransanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Fransua Roşbluanın Azərbaycana buraxılmaması səbəbini soruşub. Nazir bildirib ki, bu, qanunlar çərçivəsində atılan bir addımdır: “Cənab Roşblua Azərbaycanın işğal edilən torpaqlarına səfər edib. Qanunların aliliyindən danışan bir ölkənin təmsilçisi qanunları pozub. Mən qanun yaradıcısı deyiləm, mənim vəzifəm qanunları icra etməkdir. Həmin qanunlar da ölkə sərhəddini qanunsuz keçən insanın ölkəyə gəlişini yasaqlayır. Bu məsələdə başqa səbəb axtarmaq yersizdir”.
İrlandiyadan olan deputat Maykl McNamara Azərbaycanı lobbiçilikdə ittiham edərək, Elmar Məmmədyarovu Nazirlər Komitəsinə sədrliyi dönəmində bu durumun aradan qaldırılması üçün nələr edəcəyini soruşub. Nazir bildirib ki, lobbiçilik nə Azərbaycan, nə də Avropa üçün yeni deyil: “Bu məsələnin yalnız Azərbaycanda baş verən olay kimi təqdim edilməsinə qarşıyam. Cənab McNamara mənə hər dəfə eyni sualı verir, ancaq mən onun hər dəfə eyni sualı təkrarlamaq hüququna sayğı ilə yanaşıram. Lobbiçilik bir çox ölkələrdə var. Məsələn, Avropa Şurasında da güclü lobbiçilik yoxdurmu? Bəlkə siz də bu sualı səsləndirməklə lobbiçiliklə məşğulsunuzMən bu məsələdə hər hansı qanunsuz tərəf görmürəm. Bir çox dövlətlər öz maraqları üçün lobbiçilik qurular. Onlardan biri də Azərbaycandır”.
AŞPA-lı deputat cənab Oqramundun sualı Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu ilə bağlı olub. Deputatın “Azərbaycan Avropanın təbii qaz idxalında Rusiyadan asılılığını azalda bilərmi” sualına cavab verən Elmar Məmmədyarov deyib ki, Azərbaycanın bu sahədə bütün strategiyası milli maraqlar üzərində qurulur: “Azərbaycan Gürcüstan və Tbilisidən keçməklə öz neftini Avropa bazarlarına çıxarır. Bu kəmər, Azərbaycan üçün sadəcə iqtisadi layihə deyil, eyni zamanda müstəqilliyinin təminatıdır. İndi eyni marşrutla Transanadolu qaz kəmərinin tikintisi gedir. 2018-2019-ci illərdə bu projenin həyata keçəcəyi planlaşdırılır. Kəmərin son nöqtəsi İtaliyadır. Türkiyədən İtaliyaya olan hissəni bildiyiniz kimi, Avropa Şurası maliyyələşdirir. Kəmərin ümumi dəyəri 45 milyard avrodur. Bu xətlə ilkin mərhələdə ildə 60 milyard kubmetr qazın idxalı gerçəkləşəcək. Daha sonra isə biz bu təbii qaz idxalının həcmini 2 dəfəyə çatdırmağı planlaşdırırıq. Bundan başqa, Bolqarıstana və digər Balkan ölkələrinə qaz verilməsi məsələsi də gündəmdədir. Təbii, Azərbaycan qaz ixrac edən ölkə kimi Avropa bazarlarına çıxmaqda maraqlıdır. Ancaq başlanğıcda dediyim kimi, bu məsələdə istənilən addım Azərbaycanın milli maraqlarına uyğun olmalıdır. Bu, təmsil olunduğum hökumətin dəyişməz mövqeyidir”.
Deputat Rocer Geyli maraqlandıran məsələ Rusiyanın Krımı ilhaq etməsi və Nazirlər Komitəsinin Ukraynanın doğusunda baş verəcək proseslərdə hansı mövqedə dayanacağı ilə bağlı olub. Nazir bildirib ki, bu, gündəmin əsas məsələsidir: “Avropa Şurası bu məsələdə Ukraynaya tələb olunan dəstəyi əsirgəməyəcək. Ukrayna Avropadan istədiyi yardımı ala biləcək. Biz Ukraynada durumun qısa zamanda sabitləşməsinin, regionda sülhün bərqərar olmasının tərəfdarıyıq”.
Fransalı parlamentar B.Brua Elmar Məmmədyarovdan Azərbaycan insan haqlarının durumu, siyasi məhbuslar məsələsinin hansı səbəbdən çözülməməsini soruşub. Nazir bildirib ki, Azərbaycan problemləri aradan qaldırmaq üçün səy göstərir: “Heç kim Azərbaycanın demokratik, təmiz, ideal ölkə olduğunu iddia etmir. Biz demokratiyanı inkişaf etdirməyə çalışırıq. Əsas məqam da budur. Zamanla bütün problemlər yoluna qoyulacaq. Biz 2014-2016-cı illər üçün tədbirlər planı hazırlamışıq. Hesab edirəm ki, dediyiniz məsələrlərlə bağlı bir sıra tədbirlər görüləcək. Həmin tədbirlər planına baxsanız aydın olacaq ki, Azərbaycanın məqsədi demokratiyanı təkcə Azərbaycada deyil, regionda inkişaf etdirməkdir”.
Deputatlar cənab Flins və cənab Estavera isə Azərbaycandakı siyasi azadlıqlar məsələsi qaldırıb, siyasi məhbusların azad edilməsi prosesini yubandığını vurğulayıb. Flins bildirib ki, Azərbaycanda prezident seçkilərindən sonra siyasi baxışlarına görə həbs edilən bir gənclə tanışdır və onun heç bir məhkəmə sübutu olmadan azadlıqdan məhrum edilməsindən narahatdır. Estavera isə Azərbaycanı nəhayət Avropa dəyərlərinə sayğı göstərməyə çağırıb: “Azərbaycan artıq Avropadan nələrsə öyrənməlidir. Azərbaycanda bütün vətəndaşların siyasi bərabərliyi təmin olunmalıdır, heç bir şəxs siyasi baxışlarına görə təqiblərə məruz qalmamalıdır”. Deputatlar Azərbaycanda internet təqibi məsələsinə də toxunub. Onlar bildiriblər ki, Türkiyə və Rusiya ilə yanaşı Azərbaycanda da bu məsələdə ciddi problemlər var, bloqçular siyasi baxışlarına görə təqiblərlə üzləşir.
Deputatlara cavab verən Elmar Məmmədyarov yenidən Azərbaycanın demokratiyanı inkişaf etdirmək üçün göstərdiyi səylərdən danışıb. Nazir bildirib ki, Azərbaycan Avropa ailəsinin bir parçası olmaq üçün hüquq və qanunlar çərçivəsində hərəkət edir.
Aygün Muradxanlı,Strasburq

Bu xəbər oxucular tərəfindən 848 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |