Şrift:
Dünya çempionatında gücümüzü sınayacağıq
24.06.2014 [11:58] - İdman
Komandamız çempionatda 14 idmançı ilə təmsil olunacaq

Təlim-məşqləri başa vuran para-taekvondo üzrə milli komandamız iyunun 20-21-də Rusiya Federasiyasının paytaxtına keçiriləcək 5-ci dünya çempionatında iştirak etmək üçün bu ölkəyə yola düşüb.

Moskvada keçiriləcək mundialda 40-a yaxın ölkədən gəlmiş idmançılar mübarizə aparacaq. Komandamız çempionatda 14 idmançı ilə təmsil olunacaq.

Baş məşqçisi Əvəz Tağıyev və böyük məşqçi Yaşar Səfərov rəhbərlik etdikləri milli komandanın üzvlərinə - Rövşən Qəhramanlı (-61 kg) Anar Hüseynov (-61 kg), Sarvan Məmmədov (-61 kg), İmaməddin Xəlilov (-61 kg), Rəhman Ələkbərov (-61 kg), Nicat Müslümov (-75 kq), Əbülfəz Abuzərli (-75 kq), Rövşən Rzayev (-75 kg), Hüseyn Həsənov (-75 kq), Aleksandr Poluşuk (+75 kg), Vüsal İsmayılov (+75 kg) və Vüqar Adışirinov (+75 kg), həmçinin Bahar Şıxəliyeva (-49 kg) və Aynur Məmmədovaya (-58 kg) etimad göstəriblər.

Xatırladaq ki, para-taekvondo üzrə milli komandamız iki dəfə dünya birincisi, iki dəfə isə dünya ikincisi olmaqla yüksək göstəricilərlə liderlər sırasındadır.
Bu xəbər oxucular tərəfindən 840 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed