25.06.2014 [13:48] - Güney Azərbaycan xəbərləri, Siyasət
BMT Təhlükəsizlik Şurasının və ABŞ-ın İrana qarşı tətbiq etdiyi qanunsuz sanksiyalar zalımcasına və beynəlxalq qanunlara ziddir.
Bunu İran xarici işlər naziri Məhəmməd Cavad Zərif jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ-ın birtərəfli sanksiyaları qanunsuz olmaqla yanaşı, həmçinin digər ölkələrin daxili işlərinə müdaxilə mənasına da gəlir: “Artıq İrana təzyiq və sanksiyaların təkrarı və müzakirələrdən əvvəlki vəziyyətə qayıdılması qərblilər üçün mümkün deyil. Çünki beynəlxalq arenada yaranmış atmosfer nüvə müzakirələrində heç bir nəticə alınmasa belə ABŞ-ın sanksiya mühitini keçmişdə olduğu kimi qüvvəyə keçirməsinə uyğun zəmin hazırlamağa imkan verməyəcək. Bu gün dünya ictimaiyyəti İran xalqının sülh və dialoq tərəfdarı olduğunu görür. İran heç vaxt zorbalığa və təzyiqlərə boyun əyməyəcək”.
M.C.Zərif deyib ki, İranın “qırmızı xətləri” ölkənin ali dini lideri tərəfindən müəyyənləşdirilir: “Ona görə də İranla “altılıq” ölkələri arasında keçirilən nüvə müzakirələri detalları ilə ali dini liderə hesabat şəklində təqdim edilir. İranın nüvə müzakirəçiləri üçün ali dini liderin strateji siyasətinin tətbiq edilməsi mühüm vəzifədir”.

Bu xəbər oxucular tərəfindən 763 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |