Şrift:
Kolumbiya Yaponiyanı məğlub edərək 1/8 finalda Uruqvay yığması ilə qarşılaşacaq
25.06.2014 [14:32] - İdman
Kolumbiya millisi futbol üzrə dünya çempionatında qrup mərhələsinin son turunda Yaponiya yığmasını 4:1 hesabı ilə məğlub edib.

Kolumbiya millisinin yarımmüdafiəçisi Xuan Kuadrado hesabı 17-ci dəqiqədə penaltidən açıb.

Birinci hissənin son saniyələrində Yaponiya yığmasının hücumçusu Sindzi Okadzaki hesabı bərabərləşdirib.

İkinci hissə Kolumbiya yığmasının hesabı darmadağın həddinə çatdırması ilə yadda qalıb. 55-ci dəqiqədə Cekson Martines kolumbiyalıları hesabda irəli çıxarıb. O, 82-ci dəqiqədə dubla imza atıb.

Cekson Martines oyunun əsas vaxtına əlavə edilən dəqiqələrdə özünün üçüncü, komandasının isə dördüncü qolunu vurub. Kolumbiya 4 - Yaponiya 1.

Qarşılaşmanın 85-ci dəqiqəsində kolumbiyalıların qapıçısı, vaxtilə Türkiyə "Qalatasaray"ının əfsanəvi heyətinin üzvü olmuş Fərid Mondraqon meydana çıxıb. Bununla da 43 yaşlı qapıçı dünya çempioanıtının ən yaşlı iştirakçısı olub.

Kolumbiya millisi qrup mərhələsini 9 xalla bitirib. Kolumbiyalılar 1/8 finalda Uruqvay yığması ilə qarşılaşacaqlar

25 iyun

C qrupu

Yaponiya - Kolumbiya - 1:4
Qollar: Okazaki, 45 - Quadrado, 17 (pen); Martines, 55; 82; Rodriqes, 90
Bu xəbər oxucular tərəfindən 811 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed