27.06.2014 [11:59] - Gündəm, Siyasət
:“Ukrayna, Gürcüstan və Moldova Avropa Birliyi ilə assosiasiya (əməkdaşlıq) haqqında saziş imzalaması MDB (Müstəqil Dövlətlər Birliyi) azad ticarət məntəqəsi üçün neqativ nəticələrə gətirib çıxararsa, Rusiya Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydaları çərçivəsində qoruyucu tədbirlər görəcək”.
Modern.az rus mətbuatına istinadən xəbər verir ki, bu bəyanatla Rusiya xarici işlər naziri Sergey Lavrov çıxış edib. O bildirib ki, adıçəkilən üç ölkənin Avropa Birliyi ilə imzalamağa hazırlaşdığı sazişin MDB məkanı üçün mənfi nəticələri gözləniləndir. Lavrovun sözlərinə görə problemin həlli üçün Rusiya istənilən formatda danışıqlara hazırdır və tərəfləri müzakirələrə dəvət edir.
“Moskvanın əsas məqsədi post-sovet məkanındakı ölkələrin Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanmasının Rusiyaya təsirllərini aydınlaşdırmaqdır. Biz tərəfləri danışıqlara çağırırıq. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Rusiya prezidenti ilə söhbətində belə danışıqların başlanmasına söz vermişdi. Lakin hələ ki, heç nə yoxdur”,-deyə S. Lavrov bildirib.

Bu xəbər oxucular tərəfindən 796 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |