27.06.2014 [14:51] - Gündəm, Mədəniyyət
Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası ilə bağlı tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, müstəqillikdən sonra Azərbaycan dilinin inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib, sənədlər qəbul olunub: “Azərbaycan dilinin mətbuat orqanlarında düzgün işlədilməsinə nəzarət Mətbuat Şurasının daim diqqət mərkəzindədir və hesab edirəm ki, bu cür tədbirlərin keçirilməsi bu sahədə olan problemlərin aradan qalxmasına kömək edəcək”.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli qeyd edib ki, rəhbərlik etdiyi qurum Dövlət Proqramının icrası ilə bağlı bir sıra tədbirlər həyata keçirib: “Şura olaraq biz televiziya kanallarında bir sıra monitorinqlər keçirmişik və nəticələri ictimaiyyətə açıqlamışıq. Telekanallarda Bədii Şuralar ilkin olaraq öz müsbət nəticəsini göstərdi və hesab edirəm ki, bu tədbirlər davam etdirilməlidir. Azərbaycan dilinin düzgün inkişafı ilə bağlı məsələ təkcə bizim qurumun məsələsi olmamalıdır. Bu işdə bizə Təhsil Nazirliyi də köməklik göstərməlidir”.
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, Mətbuat Şurasının monitorinq şöbəsinin əməkdaşı İlham Abbasov və başqaları Azərbaycan dilinin KİV-də istifadəsi haqqında fikirlərini bildiriblər, mövcud olan problemlərə toxunublar. V.Səfərli qeyd edib ki, rəhbərlik etdiyi fond monitorinqlərin keçirilməsinə bundan sonra da dəstək olacaq və nəticələr ilin axırında yenidən ictimaiyyətin diqqətinə çatdırılacaq.

Bu xəbər oxucular tərəfindən 791 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |