28.06.2014 [11:20] - Gündəm, Siyasət
Amerika-ın məşhur New York Times qəzeti sensasion iddia ilə çıxış edib.
Məlumata görə, qəzetin Yaxın Şərq üzrə şərhçisi Robin Vrightin qələmə aldığı "5 ölkədən 14 ölkə çıxa bilər" başlıqlı məqalədə Liviya (Libi) , Suriya , İraq , Səudiyyə Ərəbistanı və Yəmənin parçalanacağı bildirilir. Qəzet həmçinin adı çəkilən dövlətlərin parçalanacağı halda , Yaxın Şərqin yeni xəritəsini də təqdim edib.
Qəzetin yazdığına görə, Suriyadakı vətəndaş müharibəsi Yaxın Şərqdə baş verə biləcək dəyişikliyin başlanğıc nöqtəsi ola bilər. "Suriya 3 yerə bölünə bilər. Suriyanı 1971-ci ildən idarə edən, Əsəd ailəsinin də bir parçası olduğu, Nusayri azlığı kiçik bir ərazidə müstəqil dövlət qura bilər. Suriyanın şimalında isə , kürdlərin muxtar dövləti qurula bilər. Suriyanın orta bölümləri də daxil olmaqla qalan ərazisində isə böyük bir sünni dövləti yaranama ehtimalı var.
Qəzetin iddiasına görə, İraqın şərqində kürd dövləti, orta hissəsində, Suriyaya qədər uzanacaq bir ərazidə, sünni dövləti və paytaxtı Bağdad olmaqla cənubda şiə dövləti qurulacaq. Liviyanın isə tarixi sərhədlərinə dönəcəyi bildirilir. Ölkənin Trablus, Sirenayka və Fizan olaraq üç hissəyə bölünəcəyi qeyd edilir.
Yəmənin isə qəbilələr arasındakı problemlər nədəniylə, iki hissəyə bölünə biləcəyi iddia olunur.
Qəzetin yazdığına görə, Səudiyyə Ərəbistanı da dörd hissəyə bölünə bilər. Şimal , şərq, qərb və ortada sələfi dövləti olmaqla dörd yeni dövlətə bölünəcək.

Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |