28.06.2014 [11:26] - Gündəm, Siyasət
İsrail xarici işlər naziri Aviqdor Lieberman İraqdakı böhranın müstəqil bir kürd dövlətinin elan edilməsi ilə nəticələnəcəyini irəli sürüb.
Türkiyə mətbuatı xəbər verir ki, diplomatik qaynaqlar belə bir vəziyyətdə kürd dövlətini tanıyan, ilk ölkələrdən birinin İsrail olacağını iddia edib.
Məlumatda qeyd edilir ki, Aviqdor Lieberman iyunun 26-da Parisdə ABŞ-ın dövlət katibi Con Kerri ilə bir araya gəlib. Görüşdə əsas müzakirə mövzusu İraqda yaşanan böhran olub. Əldə edilən məlumata görə, Lieberman görüşdə Kerriyə İraqdakı proseslərin müstəqil bir kürd dövlətinin elan edilməsi ilə nəticələnəcəyini söyləyib.
İsrail dövlət başçısı Şimon Peresin ABŞ prezidenti Barak Obama ilə görüşündə də buna bənzər bir mesaj çatdırdığı söylənilir. İsrailli diplomatik qaynaqlar, kürdlərin müstəqillik elan etməsi vəziyyətində, İsrailin ilk tanıyacaq ölkələr arasında olacağını iddia edirlər.

Bu xəbər oxucular tərəfindən 845 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |