30.06.2014 [11:10] - Gündəm, İqtisadiyyat
Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 71-ci Sessiyası və ÜGT Şurasının 123/124-cü Sessiyasında iştirak etmək məqsədilə Belçika Krallığının Brüssel şəhərinə səfəri çərçivəsində İsveçrə Federal Gömrük İdarəsinin baş direktoru Rudolf Ditrix ilə ikitərəfli görüş keçirib.
Komitədən “APA-Economics”ə verilən məlumata görə, görüş zamanı İsveçrə tərəfinə Azərbaycan gömrük xidmətində son dövrlər həyata keçirilən bir sıra innovasiya layihələri barədə məlumat verilib və tərəflər arasında müxtəlif sahələr üzrə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Görüşün nəticəsi olaraq tərəflər arasında mövcud əlaqələri inkişaf etdirmək və potensialın gücləndirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə olunub.

Bu xəbər oxucular tərəfindən 1005 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |