Şrift:
İyulun 4-də Astanada MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək
30.06.2014 [11:41] - Gündəm, Hərb
İyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində MDB Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.

APA-nın MDB İcraiyyə Komitəsinə istinadən verdiyi məlumata görə, Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə keçiriləcək iclasın gündəliyinə birlik çərçivəsində çoxsahəli əməkdaşlığa dair məsələlər müzakirə olunacaq.

Müdafiə nazirləri humanitar mina təmizləmə fəaliyyəti zamanı MDB ölkələrinin silahlı qüvvələrinin mühəndis qoşunlarının hərbi qulluqçularının statusuna dair sənədləri müzakirə edəcəklər, uçuşların təhlükəsizliyi, radiasiya, kimyəvi və bioloji vəziyyətin qiymətləndirilməsi, hava hücumuna qarşı müdafiə sahəsində prioritet tədqiqatlar, kosmik aparatların birgə istifadəsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Bundan başqa, iclasda hərbi təhsil sahəsində əməkdaşlığa dair bir sıra məsələlər nəzərdən keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 742 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed