01.07.2014 [12:27] - Gündəm, Hərb
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edəcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
İclas iyulun 4-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçiriləcək.
Rusiyanın müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə keçiriləcək toplantıda çoxsahəli əməkdaşlığa dair məsələlər müzakirə olunacaq. Müdafiə nazirləri humanitar minatəmizləmə fəaliyyəti zamanı MDB ölkələrinin silahlı qüvvələrinin mühəndis qoşunlarının hərbi qulluqçularının statusuna dair sənədləri müzakirə edəcək, uçuşların təhlükəsizliyi, radiasiya, kimyəvi və bioloji vəziyyətin qiymətləndirilməsi, hava hücumuna qarşı müdafiə sahəsində prioritet tədqiqatlar, kosmik aparatların birgə istifadəsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Bundan başqa, iclasda hərbi təhsil sahəsində əməkdaşlığın inkişafına həsr edilmiş bir sıra məsələlərə baxılacaq.

Bu xəbər oxucular tərəfindən 848 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |