Şrift:
GAMA-nın yeni prezidenti seçildi
15.12.2011 [18:17] - Borçalı
Bu gün Gürcüstanın Marneuli şəhərində Gürcüstan Azərbaycanlılarının Milli Assambleyasının (GAMA) Ali Məclisinin növbədənkənar iclası kecirilib.

Bu barədə “Davam”a Gürcüstandan GAMA Analitik İnformasiya Mərkəzinin rəhbəri İsmayıl Qacar məlumat verib.

Məlumata görə, Ali Məclisin iclasında təşkilati məsələlərə baxılıb. GAMA-nın prezidenti Daşqın Gülməmmədovun vəzifəsindən istefa verməsi haqqında ərizəsi qəbul edilib.

Qeyd edək ki, Daşqın Gülməmmədov 2002-ci ilin dekabrından GAMA prezidenti vəzifəsini tuturdu. 16 mart 2007-ci ildə GAMA-nın Türkiyənin Trabzon şəhərində keçirilən 4-cü Qurultayında Daşqın Gülməmmədov dördüncü müddətə GAMA prezidenti vəzifəsinə seçilmişdir. Ali Məclis üzvlərinə ünvanladığı müraciətində Daşqın Gülmmədov bildirib ki, artıq enerjili gənclərə yol acmaq lazimdir. Bu gün Borçalıdakı türk gəncləri daha da siyasiləşiblər və milli maraqlar uğrunda daha qətiyyətli mübarizəyə hazırdırlar. Mən GAMA-nı 2001-ci ildə qurdum və 10 il ərzində bu təşkilat şanlı bir tarix yazdı. Və bu gün də GAMA Gürcüstan türklərinin ən güclü təşkilatıdır. İndi isə bu təşkilatı əmanət olaraq gənclərə verirəm. Bizim yolumuzu artıq yeni gələn nəsil, qətiyyətli gənclər davam etdirməlidirlər.

Ali Məclisin iclasında gizli səsvermə nəticəsində Süleyman Əliyev GAMA-nın yeni prezidenti seçilib. Ali Məclisdə çıxış edən GAMA-nın yeni prezidenti Süleyman Əliyev vurğulayıb ki, GAMA-nın siyasi kursunda heç bir dəyişiklik olmayacaq və təməl prinsirlər uğrunda mübarizə yenə davam edəcək.

Elnur Eltürk
Bu xəbər oxucular tərəfindən 1453 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed