Şrift:
Deputat hərbi büdcənin artırılmasından-DANIŞDI
01.07.2014 [14:01] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
Prezident İlham Əliyev bundan sonra hərbi xərclərin daha da artırılacağını bəyan etdi.



Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Fərəc Quliyev Hafta.az-a açıqlamasında bildirib ki, hərbi büdcənin artırılması zəruridir:



“Azərbaycanın büdcəsi artır, paralel olaraq hər bir sahənin maliyyə vəsaiti artırılır. Bir sahəni saxlayıb, digərlərini artırmaq olmaz. Bəzən başqa dövlətlər hərbi büdcəni artırmağı bizə irad tutur guya ki, həddən artıq silahlanırıq. Amma bu paralelliklə bağlıdır. Vəsaitlər hərtərəfli xərclənir. Digər bir tərəfdən, bu bizim haqqımızdır. Döyüşürük və müharibədə ədalətli tərəfik. Heç yeri işğal etməmişik. Torpaqlarımız azad olunmalıdır, buna beynəlxalq konvensiyalar da imkan verir. Biz dinc yolu axtarmaqla yanaşı, hərbi cəhətdən də hazır olmalıyıq. Sülh yolu ilə münaqişəni həll etmək üçün hərbi güc zəruridir. Buna görə də prezidentin bəyanatı doğrudur”.



Murad Əhməd, Hafta.az
Bu xəbər oxucular tərəfindən 1065 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed