Şrift:
Türkiyədə kürd lider prezidentliyə namzəd oldu
02.07.2014 [11:22] - Gündəm, Siyasət
PKK terror təşkilatına yaxınlığı ilə seçilən Xalqların Demokratik Partiyasının (HDP) rəhbəri Selahattin Demirtaş Türkiyə prezidentliyinə namizəd olduğunu açıqlayıb.
S.Demirtaş açıqlamadan sonra deyib:

“Hər kəsə sonsuz təşəkkürlər. Bu gün namizəd olmaq vəzifəsi mənim çiyinlərimdədir. Xalqın adından Çankayaya namizədik. Xalqın içindən çıxmış deyilik, xalqın içindəyik”.

Qeyd edək ki, son illərdə AKP Türkiyənin talehini ələ aldıqdan sonra PKK terror təşkilatına yaxın olan kürd siyasi liderlər ölkə gündəmindən düşmür. Onlar terror təşkilatının lideri Abdullah Ocalanın şəkilini daşıya bilir və PKK-nin siyasi qolu kimi açıq şəkildə fəaliyyət göstərə bilirlər.
Bu xəbər oxucular tərəfindən 747 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed