02.07.2014 [13:37] - Gündəm, Hərb
Ukraynada bir gün ərzində 1000-dən çox terrorçu məhv edilib.
APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak bəyan edib.
O bildirib ki, atəşkəs müddəti bitdikdən sonra Ukrayna ordusu Donbas regionunda genişmiqyaslı əməliyyata başlayıb və uğur əldə edib. Z.Şkiryakın sözlərinə görə, Donetsk və Luqansk vilayətlərində strateji nöqteyi-nəzərdən əhəmiyyət kəsb edən edən bir neçə şəhər və “Doljanski” sərhəd-keçid məntəqəsi terrorçulardan azad olunub.
“Separatçılar təslim olmağa hazırdırlar. Onlar Rusiyaya getmək üçün dəhlizin yaradılması yaxud da əfv təminatı ilə bağlı razılıq əldə etməyə çalışırlar”, - deyə o vurğulayıb.

Bu xəbər oxucular tərəfindən 628 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |