Şrift:
Suriyada üsyançılar İŞİD-ə görə silahı yerə qoymağa hazırdırlar
03.07.2014 [12:01] - Gündəm, Hərb
Suriyanın şimal və şərq hissəsindəki üsyançılar Suriya müxalifəti tərəfindən dəstək almadıqları təqdirdə, bir həftə ərzində silahı yerə qoymağa hazır olduqlarını bəyan ediblər.

RİA Novosti agentliyinin verdiyi xəbərə görə, üsyançı dəstələrin başçıları hesab edirlər ki, Suriya prezidenti Bəşər Əsədə qarşı aparılan “xalq inqilabı” təhlükə altındadır.

Buna səbəb kimi İŞİD terror qruplaşmasının güclənməsi və xilafətin yaradıldığını elan etməsidir.

İyunun 29-da İraqın bir neçə şəhərini, Suriya və İordaniya sərhədindəki əraziləri ələ keçirən “İraq və Şam İslam Dövləti” (İŞİD) radikal qruplaşması xilafətin yaradıldığını elan edib və bütün dünyadakı cihadçıları xilafətə sadiqliyə and içməyə çağırıb.
Bu xəbər oxucular tərəfindən 920 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed