Şrift:
Çempionlar Liqasında Rabitə və Azəryolun rəqibləri məlum olub
03.07.2014 [12:10] - İdman
Qadın voleybolçular arasında Çempionlar Liqasının 2014/2015 mövsümünün püşkatma mərasimi keçirilib.

Apasport.az saytının məlumatına görə, Avstriyanın paytaxtı Vyanada baş tutan tədbirdə Azərbaycanın “Rabitə” və “Azəryol” klubları rəqiblərini tanıyıblar.

Super Liqanın qalibi A qrupunda mübarizə aparacaq. Bakı təmsilçisinin bəxtinə Türkiyə klubları çıxmasa da, püşk onları çətin rəqiblərlə üz-üzə qoyub. Belə ki, “Rabitə” mərhələ adlamaq üçün Çempionlar Liqasının, dünya çempionatının və Rusiya Superliqasının son qalibi Kazan “Dinamo”su, Polşanın ən güclüsü “Ximik” və Çexiya çempionu “Agel”lə münasibətinə aydınlıq gətirəcək.

Azərbaycan çempionatının ikincisi “Azəryol”un isə bəxtinin gətirdiyini demək olar. Yeni mövsümdən Aleksandr Çervyakovun çalışdıracağı komanda Türkiyə və Fransanın gümüş medalçıları, müvafiq olaraq, “Fənərbaxça” ilə “Nant” və Rumıniya çempionatının qalibi “Stiinta” ilə qarşılaşacaq.
Bu xəbər oxucular tərəfindən 650 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed