Şrift:
GÜNƏŞ, FƏALLIQ, SOSİAL TƏLATÜMLƏR
27.09.2011 [16:32] - Özəl xəbər
Bizə möhtəşəm görünən Günəş astronom təsvirində sıravi bir ulduz, adicə cırtdandır. Amma bu cırtdan dediyimiz, saniyədə ətrafa 4 mln, ton kütlə tullayır. Kütləsi Yerin kütləsindən 330 min dəfə, bütün planetlərin kütləsindən isə 750 dəfə böyükdür. Günəşin nüvəsində hərarət 20 mln, dərəcə, səthində isə cəmi 6 mln, dərəcədir. Tərkibi əsasən hidrogendən ibarətdir. Bu zaman ayrılan enerjinin milyardda birinin yarısı da Yeri qızdırmağa bəs eyləyər.
Günəş-təkamülünün oturmuş dayanıqlı dövrünü yaşayan ulduzdur. Vahid zamanda şüalandırdığı tam enerjinin miqdarı dəyişmir. Amma Günəşi “gözə yaxınlaşdırıb” baxmaq bu sabitliyə son qoymaq üçün kifayətdir. Qaynayan Günəş səthində düyü dənələri kimi qranullər, gözqamaşdırıcı diskdə qara ləkələr, işıqsaçan məşəllər-səthdən fontan vuran qaynar kütlə protuberanslar-bütün bunlar Günəşin gündəlik həyatının bir hissəsidir. On bir illik dövrlə (sikl) bu fəal proseslərin Günəş səthində güclənməsi və zəifləməsi müşahidə olunur.
Bundan asılı olaraq, Günəş fəallığı başlandı, deyilir.
Bu başlanğıcın əsas əlaməti Günəş səthində qara ləkələrin olmasıdır. Onların ölçüləri həddən artıq böyük olur. Bəzən ləkənin əhatə elədiyi səthə onlarla Yer kürəsi yerləşdirmək olar.
Məhz ləkələrin sayı Günəş fəallığının əsas göstəricisi hesab olunur və digər fəal proseslər-məşəllər, proteburanslar, alışmalar və s, hamısı ləkələrlə genetik bağlıdır.
GÜNƏŞ, FƏALLIQ, SOSİAL TƏLATÜMLƏRGünəş fəallığı dövründə güclü maqnit sahəsinə malik olan ləkələr və onlarla əlaqəli günəş alışmaları, ətrafa atılan plazma seli, kosmik şüalar öz təsirini Günəşdən qat-qat uzaqlarda, Yerdə də özünəməxsus tərzdə göstərir.
Təbiidir ki, ilkin təsirə məruz qalan Yerin yuxarı atmosferi və 50-70 km-dən bir neçə min km-ə kimi hündürlüyü əhatə edən konosfer adlı təbəqəsidir. Qeyd etmək yerinə düşər ki, Yerdə lonosfer canlılar üçün təhlükəli olan yüksək tezlikli ultrabənövşəyi, rentgen şüalanmalarını udan, bununla da canlı aləm üçün təhlükəsizliyi təmin eləyən vacib təbəqədir. Günəş fəallığı illərində artan qısa tezlikli şüalanma lonosferdə fiziki şəraiti dəyişir və bununla da radioəlaqələrin keyfiyyət dəyişikliyinə səbəb olur. Günəş alışmaları zamanı qısa radiodalğalı oblastdan əlaqənin qəfildən itməsi baş verir. Günəşin koruskulyar şüalanması, başqa sözlə yüksək enerjili elektronlar, protonlar Yerin maqnit sahəsi ilə qarşılıqlı təsirə girib maqnit tufanları, qütb parıltıları, ionosfer həyəcanlanmaları törədir. Mənzərəli qütb parıltılı əsasən şimal enliklərdə, güclü on bir illik silklərdə isə orta enliklərdə də Yerin maqnit qütbləri ətrafında işıqlı qövs, zolaq, səmanın böyük bir hissəsini tutan bircins şüalanma kimi müşahidə olunur.
Günəş fəallığının troposferə təsiri özünü atmosferin ümumi sirkulyasında göstərir. On bir illik periodla siklon və antisiklonların güclənməsi meteoroqlara çoxdan tanışdır. Fəallığın dəyişməsi ilə əsas meteoroloji göstəricilər: temperatur, təzyiq, yağıntı ayrı-ayrı bölgələrdə dəyişir. Dəyişmələr bəzən on bir, bəzən iyirmi iki, bəzən də otuz üç illik periodla özünü göstərir.
Yer hidrosferi, səthin 70%-ni tutan okeanlar da Günəş fəallığına maraqlı reaksiya verir. Quzey Atlantikanın, artktik dənizlərin buzlaşması, okean səviyyələrinin rəqsləri, Qolfstrimin döyünmələri, Norveç və Barens dənizlərinin istilik rejimi, Skandinav dağ göllərinin, habelə Xəzərin səviyyəsinin dəyişməsi 11, 22, 33 və daha böyük periodlarla təkrarlanır.
Günəş fəallığının ritmikliyi yer qabığında gedən geofiziki fəal proseslərdə də öz əksini tapır. Katastrofik zəlzələlər və vulkan püskürmələri məhz Günəş fəallığı illərində baş verir. 1883-cü ildə Çində, 1984-cü ildə Aşqabadda, 1966-da Daşkənddə, 1988-90-cı illərdə Spitakda və Güney Azərbaycandakı zəlzələlər, eləcə də son dövrlərdə baş verən dəhşətli təbii fəlakətlər məhz fəallıq illəri ilə korrelyasiya edilir. Kosmik okeanda həyəcanlanma yaradan Günəş bu okeanda üzən gəmini, Yeri silkələyir. Yer Günəş ritmində döyünür.
Bütün bunlar cansız aləmdə baş verənlərdir.
Canlı aləm-mikroorqanizmlər, bitkilər, heyvanlar, insanlar da Günəş fəallığına biganə qalmırlar.
1768-cı ildən-1777-cı ilə kimi Hindistanda baş verən vəba epidemiyası on minlərlə insan həyatını apardı. 1778-80-cı illərdə vəba Koromandel sahilini, 1787-90-da Hindistanda Mədrəsi, Trankkvebarı bürüyür. 1804-cü il Hindistanda vəba alışması baş verir.
1816-17-də xəstəlik Hindistanın sərhədlərini aşıb Hind-çinə, Şeylona, Filippinə yeriyir. Batı istiqamətində İran ərazisinə yayılıb Şirazı, Təbrizi viran qoyur. 1827-də Benqaliyada və İndoneziyada, 1837-də Rusiyada vəba canlanır. 1847-də vəba Qara dəniz sahillərini və Türkiyəni bürüyür. Həmin illərdə vəba Rusiyada, Avstriyada, Almaniyada çoxlu insan həyatına son qoyur.
1883-cü ildə vəba yenidən Bombeydə cövlan edir. Misir, Fransa, İtaliya, İsveçrə, Almaniyada kütləvi qırğınlarla müşayiət olunur. Statistikanı XX yüzilliyin ilk onilliklərinə kimi davam etdirmək olar.
Eləcə də vəba ilə eyni fazada, faza sürüşməsi ilə ya da tamam əks fəzada qrip, yatalaq, taun, ensofalit və digər epidemiyaların yayılması barədə məlumatlar var. Qeyd olunan illər hamısı Günəş fəallığı illəridir.
Şamaxı rəsədxanasında araşdırılıb ki, son iki yüz ildə baş verən inqilab və çevrilişlər məhz Günəş fəallığı illərinə düşür.
Kommunist zor rejimlərinə qarşı 1956-da Macarıstanda, 1968-də Çexoslovakiyada, 1980-də Polşada toplumların kütləvi etirazları da fəallıq illərində baş verib.
XX əsrin 5-ci, 18-ci, 48-ci illərində, nəhayət 80-ci illərin sonunda ermənilərlə konfliktlər fəallıq illərində baş qaldırıb.



Bu xəbər oxucular tərəfindən 1484 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed