Şrift:
“Heydər Əliyevin Dağlıq Qarabağa erməni iddialarına qarşı mübarizəsi” kitabı Mərkəzi Elmi Kitabxanasının fonduna daxil olub
03.07.2014 [15:17] - Gündəm, Mədəniyyət
AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Qarabağ tarixi” şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyevin yenicə çapdan çıxmış “Heydər Əliyevin Dağlıq Qarabağa erməni iddialarına qarşı mübarizəsi” kitabı AMEA Mərkəzi Elmi Kitabxanasının fonduna daxil olub. Akademik İsmayıl Hacıyevin elmi redaktoru olduğu kitabda dünya miqyaslı siyasi xadim, dövlətçilik tariximizdə mühüm mövqe tutan, cəmiyyətin bütün qüvvələrini öz arxasınca aparmağa qadir olan, inamlı xarici siyasət yürüdə bilən qüdrətli şəxsiyyət – Heydər Əliyev fenomeninə, onun Azərbaycan dövlətinə rəhbərliyi dövründə ölkəmizə qarşı yönəlmiş əsassız ərazi iddialarına, erməni separatizminə, məcburən cəlb edildiyimiz Qarabağ müharibəsinin dayandırılmasına, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində apardığı məqsədyönlü siyasətindən bəhs edilir.
Rəşad Sahil
AMEA Mərkəzi Elmi Kitabxanasının
İctimaiyyətlə əlaqələrə məsul əməkdaşı
Bu xəbər oxucular tərəfindən 953 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed