Şrift:
Fərəc Quliyev: “Biz davaları meydanlardan parlamentlərə daşımağı bacarmalıyıq”
04.07.2014 [10:16] - Gündəm, Özəl xəbər, Fərəc Quliyev
“Əgər düşmənlərlə bir masa arxasında əyləşilə bilinirsə, o zaman ölkə daxilində tərəflərin bir masa arxasında əyləşməsində heç bir pis hal yoxdur. Müxalifətlə iqtidar düşmən olmamalı, əksinə birlikdə daha da yaxşı inkişaf etməlidir. Bütün münaqişələr düşüncə davasından ibarət olmalıdır.

Bu gün anormal bir yanaşma var. Ümumilli məsələlərdə bütün ölkə vətəndaşları bir arada olmağı bacarmalıdır və çözüm yolu tapmaq üçün təbii ki, bir masa arxasında düşünmək lazımdır. İndi biz quruculuq dövründə yaşayırıq. Buna görə də ölkənin bütün məsələləri masa arxasında həyata keçirilməlidir. Biz davaları meydanlardan parlamentlərə daşımağı bacarmalıyıq. Bütün msələlərin həlli ancaq masa arxasında öz həllini tapa bilər. Ölkənin taleyinə biganə qalmayan tərəflərin bir masa arxasında əyləşməsi lazımlı məsələlərdəndir.

O ki qaldı müxalifət nümayəndələrinin bunun baş verməsinin qeyri-real adlandırmasına hazırda birmənalı müxalifət platforması yoxdur. İndi müxtəlif bloqlar, tərəflər mövcuddur. Belə desək bir bloq danışıqlardan səmərə görmədiyini, digər tərəf isə səmərə görə bilinəcəyini deyə bilər. Mən hesab edirəm ki, ən normalı alternativi olmayan danışıqlardır. Əgər danışıqlardan imtina edilərsə, o zaman alternativ davranış yolunun göstərilməsi bacarılmalıdır”.
Bu xəbər oxucular tərəfindən 1059 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed