Şrift:
Gürcüstan Azərbaycana 30 milyon dollarlıq tikinti materialları ixrac edib
04.07.2014 [10:14] - Gündəm, İqtisadiyyat
Gürcüstandan Azərbaycana ixrac edilən polad armaturun həcmi bir ilə həm kəmiyyət baxımından, həm də pulla ifadədə 2,2 dəfə artıb.
Gürcüstan Milli Statistika Xidmətinin xarici ticarətlə bağlı hesabatına istinadən verdiyi məlumata görə, cari ilin yanvar-may aylarında Azərbaycana 29,86 milyon dollar dəyərində 48,46 min ton armatur ixrac edilib. Bu, keçən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,2 dəfə və ya 26,6 min ton çoxdur.
Müqayisə üçün: 2013-cü ilin ilk 5 ayında Gürcüstandan Azərbaycana 13,72 milyon dollar dəyərində 21,86 min ton armatur ixrac edilib. Bu kateqoriyadan olan malların xüsusi çəkisi Gürcüstan ixracının ümumi həcminin 12,42 faizini təşkil edib.
Ümumiyyətlə, hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac edilmiş malların ümumi dəyəri 240,42 milyon dollar olub. Ötən ilin eyni dövrünə nisbətən Azərbaycana ixracat 10,38 faiz azalıb. Müqayisə üçün, ötən ilin ilk 5 ayında Azərbaycana 268,26 milyon dollar dəyərində Gürcüstan malı ixrac edilib.
Bu xəbər oxucular tərəfindən 949 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed