Şrift:
Azərbaycan Ordusunun iki əsgəri yaralanıb
04.07.2014 [10:23] - Gündəm, Hərb
Ermənistan tərəfinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri yaralanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iyulun 3-ü axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində 1995-ci il təvəllüdlü, Bərdə rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Həsənov Nurlan Azər oğlu yaralanıb, vəziyyəti kafidir.
İyulun 4-ü gecə saatlarında isə 1989-cu il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Nağıyev Anar Talıb oğlu yaralanıb, vəziyyəti sabit-ağırdır.
Bu xəbər oxucular tərəfindən 695 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed