Şrift:
Türkiyə Parisdəki səfirini geri çağıra bilər
16.12.2011 [10:20] - Xəbərlər
Türkiyə Fransadakı səfirini geri çağırmaqla hədələyib. “France-Press” agentliyinə istinadən verilən məlumata görə, bu addım Fransanın alt palatada (Milli Məclis) 22 dekabrda müzakirəyə çıxaracağı bu ölkədə qondarma erməni soyqırımını inkar edənlərə qarşı həbs cəzasının tətbiq edilməsi ilə bağlı qanun layihəsinin qəbul ediləcəyi təqdirdə atılacaq. Qanun layihəsində qondarma erməni soyqırımını inkar edənlərə qarşı 45 min avro cərimə edilməsi və bir il azadlıqdan məhrum edilməsi cəzasına layiq görülməsi nəzərdə tutulub.

“Qanun layihəsinin 22 dekarda Fransa Milli Məclisində qəbul edilməsi bütün sahələrdə ikitərəfli əlaqələrə mənfi təsir edə bilər”, - deyə Türkiyənin Fransadakı səfirliyinin mətbuat katibi Engin Solakoğlu bildirib.

Xatırladaq ki, ermənilər Osmanlı türklərinin onlara qarşı soyqırım törətdiklərini iddia edirlər. Hazırki Türkiyə hakimiyyəti isə 1915-ci il hadisələrə qiymət verməyin siyasətçilərin deyil, tarixçilərin işi olduğunu bəyan edib.
Bu xəbər oxucular tərəfindən 1142 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed