Şrift:
İranda zəlzələ baş verib
05.07.2014 [11:16] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranın Fars əyalətinin Darab şəhərində Rixter cədvəli üzrə 4,9 bal gücündə zəlzələ baş verib. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı iribnews məlumat verir.
Tehran Universiteti Geofizika İnstitutunun Seysmik Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla bu gün saat 07:41-da baş verib.
Məlumata əsasən, Hələlik ölən və yaralananlar və dəymiş ziyan barədə məlumat yoxdu.
Qeyd edək ki, iyun ayının 21-də də İranın Fars əyalətinin Baba Monir şəhərində Rixter cədvəli üzrə 5,1 bal gücündə zəlzələ baş vermişdi. Zəlzə nəticəsində Baba Monir şəhərində evlərə ziyan dəymişdi və bəzi evlər dağılmışdı.
Bu xəbər oxucular tərəfindən 1092 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed