Şrift:
NATO gəmiləri Qara dənizə daxil oldu
05.07.2014 [11:42] - Gündəm, Hərb
NATO-nun mina-tral qrupunun ikinci daimi heyətinin dörd hərbi gəmisi Bosfor boğazından keçərək Qara dənizə daxil olub.
Bu barədə “İnterfaks”a diplomatik mənbələrdən məlumat daxil olub. Agentliyin əməkdaşının verdiyi məlumata görə, İtaliyanın iki hərbi gəmisi - “Avier” və “ Rimni”, Yunanıstanın “Maçitis”, həmçinin Türkiyənin “Ağçay” tralı dünən Qara dənizin sularına daxil olub.

Bidirilib ki, gəmilər NATO-nun Bolqarıstandakı “Burqas” limanına istiqamət alıb. Məqsəd “Briz” şərti adı altında birgə hərbi dəniz təlimlərinin keçirilməsidir. Qeyd edilir ki, təlimlər NATO-nun İtaliyanın Neapol şəhərindəki komandanlığından (fərmandehi) idarə olunacaq.
Bu xəbər oxucular tərəfindən 739 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed