07.07.2014 [10:43] - Gündəm, Diaspor
Kaliforniyanın nüfuzlu “Sacramento Bee” qəzetində Kaliforniyanın azərbaycanlı icmasının fəallarından olan Elnur Aydınovun Ermənistanın işğalçılıq siyasətindən bəhs edən məqaləsi dərc olunub. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, Kaliforniya paytaxtında nəşr olunan “Sacramento Bee” ştat siyasətçiləri və geniş ictimaiyyəti tərəfindən ən çox oxunan qəzetdir.
Məqalədə Ermənistandan azərbaycanlıların kütləvi şəkildə didərgin salınması, Azərbaycan torpaqlarının işğalı, bu torpaqlarda azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə barədə geniş söhbət açılır. 1988-ci ildən öncə öz ailəsi də daxil olmaqla, yüz minlərlə azərbaycanlının Ermənistanda yaşadığını bildirən müəllif qəfildən qonşu adlandırdıqları ermənilərin azərbaycanlılara qarşı aqressivləşdiyini və azərbaycanlılardan öz doğma obalarını tərk etmələrini tələb etdiyini yazıb. Bundan sonra bütün azərbaycanlıların Ermənistandakı yurd-yuvalarından didərgin salındığını nəzərə çatdıran E. Aydınov onların böyük əzab-əziyyətlərə məruz qaldığını vurğulayıb. O qeyd edib ki, acı tale ilə Dağlıq Qarabağ və ətraf yeddi rayonda yaşayan azərbaycanlılar da üzləşməli oldular: “Ermənistanın bu əraziləri işğalı və həyata keçirdiyi etnik təmizləmə nəticəsində 20 min azərbaycanlı öldürüldü, ümumilikdə bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrildi”.
Müəllifin sözlərinə görə, erməni lobbisinin təsiri altında Kaliforniya Ştat Assambleyasının Ermənistan tərəfindən Azərbaycan ərazilərində yaradılmış qondarma bir rejimə dair qətnamə qəbul etməsi ABŞ xarici siyasətinə və beynəlxalq birliyin iradəsinə qarşıdır. Hazırda qətnamənin Kaliforniya Senatında baxılmaqda olduğunu söyləyən E. Aydınov Senatın erməni yalanlarına uymayacağına və qətnaməni rədd edəcəyinə ümid etdiyini vurğulayır.

Bu xəbər oxucular tərəfindən 1040 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |