Şrift:
İran rəsmisi: İraq kürdləri referendum prosesini dayandırmalıdır
07.07.2014 [15:39] - Güney Azərbaycan xəbərləri, Siyasət
İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahiyan iyulun 6-da jurnalistlərə açıqlamasında İraqın Kürdüstan muxtariyyətinin müstəqilliyi məsələsindən danışıb.

İraqın Kürdüstan muxtariyyətinin rəhbəri Məsud Barzani iyulun 1-də jurnalistlərə açıqlama verərək Kürdüstanın müstəqilliyi üçün yaxın aylarda bir referendum keçirmək niyyətində olduqlarını bildirib. İsrailin baş naziri Benyamin Netanyah isə bir həftə əvvəl jurnalistlərlə görüşündə Kürdüstanın müstəqillik ideyasına dəstək verdiyini, ölkəsinin müstəqil Kürdüstanı tanıyacağını bəyan edib.

Hüseyn Əmir Abdullahiyan deyib ki, İraq kürdləri müstəqilliklə bağlı referendum keçirməyə tələsməməli, bu prosesi dayandırmalıdırlar: “Biz İraqın parçalanmasına heç vaxt icazə verməyəcəyik. Biz bunu İraqın Kürdüstan muxtariyyətinin hökumətinə də açıq şəkildə bildirmişik. İran İsrailin baş naziri Netanyahunun röyalarının gerçəkləşməsinin qarşısını alacaq, buna yol verməyəcək.

Biz İraqın ərazi bütövlüyünün və müstəqilliyinin qorunub saxlanması üçün bütün gücümüzlə İraq xalqının və hökumətinin yanında olacağıq”.
Bu xəbər oxucular tərəfindən 715 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed