08.07.2014 [10:48] - Gündəm, DAVAMın yazıları
İranın təxribat maşını artıq öz işini görməkdədir. Uzun müddətdir ki, Avropa.info başda olmaqla az saylı sayt və qəzetlər, Azərbaycanda İran şəbəkəsinin fəallaşdığı və hətta sosial şəbəkələrdə ölkəmiz haqda ağızlarına gələn statusları paylaşmaları ilə bağlı çeşidli yazılar dərc edib. Elə iki gün bundan öncə, Avropa.info facebookda fəaliyyət göstərən İranın təbliğat ruporuna çevrilməkdə olan, "Azərbaycan İslam Cümhuriyyəti" adlı üzdəniraq səhifənin paylaşdığı bir statusu təqdim etmişdi. Buyurun bu da həmin status:
Bu hadisədən bir neçə gün sonra isə Kürdəmir rayonundan Sabirabada qarpız satmağa gedən, sələf əqidəsində olan bir şəxs bazarın ortasında, hamının gözü qarşısında bir qrup insan tərəfindən linc olunur. Hadisəni əks etdirən video görüntü qısa bir zamanda sosial şəbəkələrdə, elə hadisəni törədənlərin özləri tərəfindən yayılır. Video görüntülərdə dindar olduqları bildirilən adam yığını, köməksiz bir sələfini söyür, döyür, təhqir edir və ən nəhayət onun saqqalını qırxırlar. Sanki bu İranmeyilli qrupun, hər addımlarını hökmləri əsasında atdıqları Sistani, Xomeneyi nə bilim nə neyi soyadlı alimlərinin saxladıqları uzun saqqaldan xəbərləri yoxdur. O, zaman bu adamlar həmin alimlərinin saqqalından bircə tük qopara bilərlərmi?
Əslində məsələ saqqal məsələsi deyil. Problem İranın Azərbaycana çoxdan yönəlik planlarının tərkib hissəsidir. Bu plan 100 illərlə aparılır və bundan sonra da davam edəcək. Azərbaycan ərazisinin daha böyük bir hissəsi , Güney Azərbaycan İran işğalı altındadır. İran sadə şəkildə desək, Azərbaycanın müstəqil dövlət olmasını istəmir, bu ölkədə A-sından tutmuş B-sinə kimi , din xadimləri, siyasətçilər, tarixçilər və sair, müstəqil Azərbaycanı öz ölkələrinin itirilmiş ərazisi hesab edirlər. Elə bir neçə gün öncə, " Azərbaycan İslam Dövləti" adlı üzdəniraq səhifədə yayılan mesajdan sonra, Sabirabaddakı hadisələrə də adi baxmamaq lazım.
Əslində Azərbaycandakı İran problemi daha dərindir və daha da dərinləşməyə doğru gedir. İran bu illər ərzində Azərbaycan siyasətinə, ictimai sektoruna, vətəndaş cəmiyyətinə, mətbuata xeyli sayda kadr yerləşdirə bilib. Məzhəb məsələsi də öz yerində...
Məlumatlar var ki, Azərbaycanın cənub rayonlarında Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi axundalar öz funksiyalarını konkret olaraq yerinə yetirə bilmirlər. Onların yerini İran şəbəkəsinin dəstək verdiyi mollalar tutublar. Bir müddət öncə , cənub rayonlarından birinə səfər edən əməkdaşlarımızdan biri, şəxsən bu tendensiyanın (gedişat, təmayül) şahidi olub.
Bu gün isə, İran şəbəkəsinə yaxın olan saytlar sələfilərin toplaşdığı, Qaraçuxur qəsəbəsində yerləşən məsciddə şiələrə hücum edildiyi haqda xəbərlər yayıb. Bu xəbərlər də sıradan deyil. Problemi gərginləşdirmək, qaşınmayan yerdən qan çıxarmaq , nə bilim daha nələr nələr...
Qayıdaq Sabirabaddakı hadisəyə... Avropa.info hadisənin təfərrüatını əldə edib. Kürdəmir rayonunun Sığırlı kənd sakini olan Cavanşir adlı sələfi mütəmadi olaraq qarpız satmaq üçün Sabirabad bazarına gedirmiş. Onu tanıyanlar, Cavanşirin kasıb bir insan olduğunu və övladlarını bazarda alver etməklə dolandırdığını bildirirlər. Hadisə günü Sabirabad bazarına yenidən alverə gedən Cavanşirə Rəmzi adlı şəxsin başçılıq etdiyi bir qrup insan hücum edir və artıq məlum olan hadisələr baş verir. Bundan sonra, onu döyən şəxslər onu Sabirabad məscidinə axundun yanına aparırlar. Axund isə onu rayon polisinə təhvil verir.
Hadisəni törədənlərə başçılıq edən Rəmzi isə rayonda İran meyilli bir şəxs kimi tanınır. Yenə də İran...
Son olaraq, Azərbaycan prezidenti İlham Əliyevin "Mən hər bir azərbaycanlının prezidentiyəm" sözlərini yada salaq. Əlbəttə ,prezidentin bu deyimini bizdən daha öncə , bunu ölkənin bu tip problemi həll etməli dövlət qurumları xatırlamalıdırlar. Kimin hansı əqidədə olmasından aslı olmayaraq , hər bir azərbaycanlının hüquqları qorunmalıdır. Hətta bu gün hüquq mühafizə orqanlarının yaydığı bəyanatda göstərildiyi kimi, həmin sələfinin hansısa çağırış etməsindən aslı olmayaraq... Çağırış edibsə, bununla məşğul olmağa xüsusi dövlət qurumları var. Daha Rəmzilər və onun kimilər bu məsələni həll etməməlidir. Ortada video görüntülər və təxribat faktı var. Və həm də İran məsələsi var...
Hə , bir də əqidəsindən asılı olmayaraq bütün vətəndaşlarımız isə İranın "fətva"sına getməməlidirlər. Elə İranın istəyidə budur. Lütfən, fars şovinizminin sevinməsinə və planlarının baş tutmasına yardımçı olmayaq.
AVROPA.İNFO-NUN ANALİTİK QRUPU

Bu xəbər oxucular tərəfindən 1105 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |