08.07.2014 [11:26] - İdman
“Neftçi” Avropa Liqasında mübarizəyə III mərhələdən başlaya bilər. Buna səbəb “Çelik” (Monteneqro) - "Koper" (Sloveniya) matçının nəticəsinin şübhəli sayılmasıdı.
II təsnifat mərhələsinin ilk oyununda sloveniyalılar səfərdə 5:0 hesablı qələbə qazanıb. Qitə futbol qurumu UEFA isə qarşılaşmanın danışılmış olmasından şübhələndiyindən araşdırmalara başlayıb.
Şübhələrə əsas yaradan “Koper”in rəqibin qapısına asanlıqla 5 cavabsız qol vurmasıdı. Həmçinin, buraxılan ilk qolda “Çelik”in qapıçısının hərəkətləri diqqət çəkib.
Fakt təsdiqlənərsə, hər iki klub cəzalanacaq.
“Çelik” (Monteneqro) - "Koper" (Sloveniya) cütünün qalibi isə II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşmalıdı. Əgər UEFA hər iki komandanı cəzalandırarsa, onda “Neftçi” mübarizəyə avtomatik olaraq, III mərhələdən başlayacaq.

Bu xəbər oxucular tərəfindən 752 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |