Şrift:
Dağlıq Qarabağ münaqişəsi məlum 6 prinsip əsasında həll edilməlidir
08.07.2014 [11:45] - Gündəm, Siyasət
ABŞ-ın Ermənistandakı səfiri Con Heffern şərt qoyub “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün birinci növbədə ətraf rayonlar Azərbaycana qaytarılmalıdır”. Bunu ABŞ-ın Ermənistandakı səfiri Con Heffern deyib.Onun sözlərinə görə, Dağlıq Qarabağın ətraf rayonlarının Azərbaycana qaytarılması münaqişənin həlli istiqamətində təqdim edilən 6 prinsipdən biridir.

“Dağlıq Qarabağ münaqişəsi məlum 6 prinsip əsasında həll edilməlidir. Bunun başqa variantı yoxdur. Laçın dəhlisi istisna olmaqla Qarabağ ətrafı rayonlar Azərbaycana qaytarılmalıdır”, deyə Heffern bildirib.

Səfir onu da bildirib ki, ətraf rayonlar Azərbaycana qaytarıldıqdan sonra ermənilərin təhlükəsizliyini təmin etmək üçün bölgəyə büynəlxalq sülhməramlılar yerləşdiriləcək.
Bu xəbər oxucular tərəfindən 778 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed