Şrift:
Sazımız-sözümüz və gənclik (Vdeo)
08.07.2014 [12:27] - Gündəm, Gənclik, Mədəniyyət, davam TV
Türk musiqi dəyərlərimiz müasir gəncliyin bədii təfəkkürünün milli keyfiyyətlər üzərində formalaşmasında böyük rol oynayır. Folklor dediyimiz xalq yaradıcılığı qədim dövrlərdən bəri yüzilliklər kəsimində daim inkişaf edərək nəsildən-nəsilə ötürülmüşdür. Ozan aşıq sənətində ifaçılığa diqqət edərkən görürük ki, yetmiş-səksən il bundan əvvəl ifa olunan havaların çoxu indiki dövürdə daha mükəmməl improivizə olunmuşdur. Aşıq Ədalətə qədər “Yanıq Kərəmi” havası minorla təqdim olunurdusa, artıq mayasında kədər olsa da, indi sanki majorlaşmış lirikaya keçmişdir. Bu mövzu geniş və polemikalı vəziyyətdə olduğundan səthi keçək. Digər bir saz havası: “Ruhani” də əvvəlkindən fərqli olaraq hal-hazırda not çalarları nisbətən genişlənmiş formaya gətirilmişdir. Burada zəruri olan odur ki, havaların orijinallığı və klassikliyi saxlanılmaqla əlavə olunan improivizasiyalar, ozan dili ilə desək,”güllər” ümumi ahəngdən kənara çıxmasın. Gənclərimizin saz ifaçılığına maraqları çox genişdir, altı-yeddi yaşlı uşaqlar arasında da saz ifaçılığına maraq gündə-günə artmaqdadır.

MDHP Mədəniyyət bölməsinin Rəhbəri,Türk tarixinin və mədəniyyətinin tanınmış araşdırıcısı Niftalı Göyçəli-in təqdimatında Saz ifaşılığında öz dəst-xətti olan gənc Aşıq Əli Dərələyəzli-in ifasında dörd saz havasını sizə təqdim edirik.


Bu xəbər oxucular tərəfindən 1522 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed