Şrift:
Ərdoğanın istefası tələb olunur
08.07.2014 [13:05] - Gündəm, Siyasət
Baş nazir: "Onların nə siyasətdən, nə də ki siyasi tarixdən başları çıxmır"

Türkiyədə hakim Ədalət və İnkişaf partiyasından prezidentliyə namizəd, hazırkı baş nazir Rəcəp Tayib Ərdoğan müxalifət dairələrindən ona gələn istefa çağırışlarına rədd cavabı verib.

Ərdoğan bu tələblə çıxış edənlərin nə siyasətdən, nə də ki siyasi tarixdən baş çıxarmadıqlarını söyləyib. Özləri millət vəkili olduqdan sonra namizədliklərini bələdiyyə seçkilərində irəli sürməyibmi? deyə baş nazir kinayə ilə soruşub.

O, dünya təcrübəsindən buna misal kimi ABŞ prezidenti Barak Obama və Almaniya Kansleri Angela Merkeli də göstərib.
Bu xəbər oxucular tərəfindən 862 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed