Şrift:
Azərbaycan türkcəsi Gmail-da
08.07.2014 [13:28] - Gündəm, Mədəniyyət
Ünsiyyətin tam universal olması üçün tədbirlər görülür
“Gmail”elektron poçt vasitəsi ilə ünsiyyətin tam universal olması üçün tədbirlər görülür.

RYTN-in verdiyi məlumata görə, bu günədək “Gmail” 58 dildə fəaliyyət göstərirdi və korporasiyanın bloqunda dil çeşidinin 71-dək artacağını bildirən məlumat yerləşdirilib.

Bu cür geniş dil çeşidi internet istifadəçilərinin 94 faizini əhatə edir. “Gmail” ailəsinə qoşulmuş yeni 13 dil arasında Azərbaycan dili də var.

Bundan başqa, siyahı afrikaans, erməni, çin (Qonhonq), fransız (Kanada), qalisiya, gürcü, kxmer, laoss, monqol, nepal, sinqal və zulu dilləri ilə genişləndirilib.

Bütün 13 dil artıq “Gmail” poçt servisinin veb-versiyalarında və smartfon üçün əlavələrində təqdim edilib.
Bu xəbər oxucular tərəfindən 922 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed