Şrift:
Qazaxıstanın Janaozen şəhərində kütləvi iğtişaşlar başlayıb, polisin açdığı atəş nəticəsində 7 nəfər yaralanıb
16.12.2011 [15:47] - Xəbərlər
Bu gün Qazaxıstanın Janaozen şəhər mərkəzində 3 min nəfərin iştirakı ilə mitinq keçirilib.

Mitinq iştirakçıları tətil edən neftçilərlə vətəndaş həmrəyliyini nümayiş etdirmək üçün hökumətə etirazlarını bildiriblər.

Qazaxıstanın Sosial Hərəkat və Fəhlə Təşkilatı qurumundan APA-nın Orta Asiya bürosuna verilən məlumata görə, mitinq zamanı UAZ markalı polis maşını bir neçə dəfə kütlənin üzərinə hərəkət edərək, ehtirasları qızışdırmağa cəhd göstərib. Nəticədə mitinq iştirakçıları polis maşınını çevirərək yandırıblar. Meydanda Qazaxıstanın dövlət müstəqilliyi günü ilə əlaqədar qurulmuş bayram yurtuna da od vurulub. Polisin açdığı atəş nəticəsində 7 nəfər yaralanıb.
Hazırda Janaozendə mitinq davam edir.

Şəhər rəhbərliyi dəmir dəyənək və yandırıcı maddələr doldurulmuş şüşələrlə silahlanmış aksiya iştirakçılarının ictimai asayişi mühafizə edən polislərə hücum etdiyini, nəticədə 5 polisin yaralandığını bildirir. Qazaxıstan Baş Prokurorluğu faktla bağlı cinayət işinin başlandığını bildirir.
Bu xəbər oxucular tərəfindən 1064 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed