Şrift:
Rusiyanı Qarabağa görə təklədilər
09.07.2014 [12:32] - Gündəm, Siyasət
Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Rusiyadan ayrı fəaliyyət göstərməyə başlayıb
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan danışıqlar prosesində iştirak edən ATƏT-in Minsk Qrupunun həmsədrləri ətrafında kifayət qədər maraqlı vəziyyət yaranıb.

Bu barədə erməni mətbuatı yazır.

“Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri Rusiyadan ayrı fəaliyyət göstərməyə başlayıb. Belə ki, onlar Qarabağ münaqişəsinin nizamlanması prosesində daha çox gözləmə mövqeyində çıxış edir. Digər həmsədrlərin bu cür mövqe sərgilədiyini görən rəsmi Moskva münaqişənin nizamlanmasında onlarla birlikdə deyil, sərbəst öz oyununu həyata keçirməyə başlayıb. Deyə bilərk ki, ATƏT-in Minsk Qrupunun ABŞ və Fransadan olan həmsədrləri ilk dəfədir ki, ayrıca birgə fəaliyyət göstərir. Rusiya isə çox passivləşib. Görünür, Moskva Azərbaycanın Avrasiya İqtisadi Birliyinə üzv olması ilə bağlı danışıqlarda müsbət nəticə əldə etməyə çalışır”, deyə erməni mətbuatında bildirilir.
Bu xəbər oxucular tərəfindən 813 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed