Şrift:
Avropanın Qafqazdakı adamı postuna təsdiqləndi
10.07.2014 [12:18] - Siyasət
Avropa İttifaqı Şurası alman diplomat Herbert Zalberin Cənubi Qafqaz məsələləri və Gürcüstan böhranı üzrə xüsusi təmsilçisi postuna təsdiqləyib.Məlumatına görə, Zalber səlahiyyətlərinin icrasına 2015-ci il martın 1-dən başlayacaq. O, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə postunda Filip Lefortu əvəzləyəcək.

Diplomatik karyerası Almaniya Xarici İşlər Nazirliyində başlayan Zalber Belqrad, Vyana və Moskvada çalışıb, ATƏT-in Qazaxıstan ofisinin rəhbəri, ATƏT-in Münaqişələri Önləmək Mərkəzinin direktoru olub.
Bu xəbər oxucular tərəfindən 793 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed