10.07.2014 [12:31] - Gündəm, Hərb
İyulun 9-da müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində təlimlər keçirilən hərbi hissələrə baş çəkib. O, müdafiənin ön xəttindəki mövcud vəziyyətlə, zirehli texnikaların döyüşə hazırlığı, imkanları və effektiv istifadəsi, döyüş növbətçiliyinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu və sosial-məişət şəraiti ilə tanış olub.
Nazir döyüş növbəsi çəkən hərbi qulluqçularla görüşüb, xidmətdə fərqlənənlərə saatlar təqdim edib, müdafiə xəttinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib.
Xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bu xəbər oxucular tərəfindən 729 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |