10.07.2014 [16:04] - Gündəm, Hərb
Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci Rusiya hərbi bazasında kompleks təlimlərin yeni mərhələsi start götürüb. “Media forum” saytı “Armtoday.info” ya istinadla xəbər verir ki, hərbi baza kontingentinin 70%-nin iştirakı ilə iyulun 1-dən başlanan təlimlər hazırda Alagöz və Kamxud poliqonlarında minaaxtaran xidmətin xüsusi məşğələləri ilə davam etdirilir. Həmin təlimlərə 10-dan çox xüsusi hərbi texnika, partlayış maddəsini aşkarlaya bilən itlərlə təmin edilmiş 100 hərbçi cəlb olunub.
2010-cu ildə Gümrüdəki Rusiya hərbi bazasına dair 1995-ci ildə Rusiya ilə Ermənistan arasında bağlanmış müqaviləyə dəyişiklik edilib, hərbi bazanın dislokasiya müddəti 2046-cı ilədək uzadılıb. 1995-ci ildəki müqavilə 25 illiyə bağlanmışdı.

Bu xəbər oxucular tərəfindən 732 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |