16.12.2011 [19:00] - Gündəm
İran ABŞ-ın iki səlahiyyətli şəxsindən İnterpola şikayət edib
İran ABŞ-ın iki səlahiyyətli şəxsindən İnterpola şikayət edib. Bunlar ABŞ Silahlı Qüvvələrinin Quru Qoşunlarının sabiq komandiri, təqaüddə olan general Cek Keyn və ABŞ hökumətinin və Konqresinin baş məsləhətçilərindən biri olan Reyl Mark Qerextdir. Tehran iddia edir ki, onlar bu il oktyabrın 26-da ABŞ Nümayəndələr Palatasının milli təhlükəsizlik komitəsində İranla bağlı keçirilən rəsmi dinləmələr zamanı açıq şəkildə İranın bəzi səlahiyyətli şəxslərinin qətlə yetirilməsinə çağırış ediblər. Həmin şəxslər əsasən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Qüds qanadının rəhbəri, general Qasım Süleymaninin öldürülməsini məqsədəuyğun sayıblar. İran da İnterpola müraciətində bu iki şəxs barəsində lazımi ölçü götürülməsini tələb edib.
İranda keşiş 6 il müddətinə azadlıqdan məhrum edilib
İranda məhkəmə keşiş Əlirza Seyidiyan 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. keşiş ölkədəki mövcud quruluşun əleyhinə təbliğat aparmaqda və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə ittiham olunub. Əlirza Seyidiyanın vəkili Məhəmmədəli Dadxah deyib ki, keşişin Türkiyədə dini ayin yerinə yetirməsi İrandakı mövcud quruluşun əleyhinə təbliğat aparılması kimi dəyərləndirilib.
Qeyd edək ki, Əlirza Seyidiyan 6 il əvvəl xristianlığı qəbul edib. Əvvəllər də həbs olunan keşiş 2010-cu ildə 50 min ABŞ dolları məbləğində zəmanətlə müvəqqəti azadlığa çıxıb. Əgər Əlirza Seyidiyan 20 gün müddətində apelyasiya şikayəti verməsə, hökm icra olunacaq.
Barak Obama İrana qarşı sanksiyalara razılaşdı
ABŞ prezidenti Barak Obamanın Administrasiyası İranın Mərkəzi Bankına qarşı iqtisadi sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini dəstəkləməyə hazır olduğunu bəyan edib. Məlumatı “Associated Press” agentliyi yayıb. Dövlət Departamentinin mətbuat katibi Viktoriya Nuland bildirib ki, hazırda ABŞ administrasiyası İran iqtisadiyyatına zərbə vuran, lakin ABŞ və müttəfiqlərinin iqtisadiyyatına ziyan verməyən sanksiyaların tətbiqinə hazırlaşır.
Qeyd edək ki, Senatda qəbul edilməsinə baxmayaraq, əvvəllər Barak Obama qanun layihəsini təsdiqləməkdən imtina edirdi. Obama administrasiyası Senatı qanun layihəsinin mümkün nəticələri - neftin qiymətinin artması, İrandan neft nəql edən müttəfiq ölkələr üçün iqtisadi çətinliklər və s. barədə xəbərdar etmişdi.
“Amnesty İnternational” İranla bağlı yeni hesabat yayıb
“Amnesty İnternational” “Ölümə alışqanlıq” adlı yeni hesabat yayıb.Hesabatda təşkilatın İranda narkotik maddələrin alqı-satqısı, daşınması və istifadəsi ilə bağlı həyata keçirilən edamlardan narahatçılıq bildirib və İran hökumətindən edam hökmünün başqa bir cəza ilə əvəz edilməsi istənilib. Hesabatda yazılıb ki, edam narkotik maddələrin alqı-satqısı, daşınması və istifadəsinin qarşısını almır və İranda da bu cəzanın tətbiqi problemin həlli deyil. “Amnesty İnternational”ın hesabatına görə, İranda 2011-ci ildə 488 nəfər narkotik maddələrin alqı-satqısı, daşınması və istifadəsində ittiham olunaraq edam edilib və bu rəqəm son ildə ümumi edamların 81 faizini təşkil edir. Hesabatda bildirilib ki, bu cəza cəmiyyətin əzilən və yoxsul təbəqəsinə daha çox zərər verir. Bu təbəqəni də əsasən etnik qruplar, əfqanlar və xarici vətəndaşlar təşkil edir. “Amnesty İnternational”ın fikrincə, edam narkotikə qarşı mübarizədə yanlış cəzadır və insan haqlarının pozulmasıdır. Qeyd edək ki, statistik məlumatlara görə, İranda 2 milyon narkoman var və bu ölkə dünyanın ən böyük tiryək bazarına çevrilib.
İran Qarapapaq Türkləri Milli Cəbhəsi yaradıldı
Türkiyənin İğdır şəhərində İran Qarapapq Türkləri Milli Cəbhəsi Mərkəzi Komitəsinin ilk iclası keçirilib.
Bu barədə “Davam”a İran Qarapapq Türkləri Milli Cəbhəsindən bildiriblər.
“Mərkəzi Komitənin iclasında İranda yaşayan qarpapaq türklərinin siyasi durumu müzakirə edilib. Qeyd olunub ki, hazırda İranda mövcud olan qeyri-demokratik və totalitar rejim digər türk xalqları kimi qarapapaq türklərini milli diskriminasiyay məruz qoyur, onlara qarşı represiyalar hıyata keçiri. Mərkəzi Komitənin iclasında çıxış edənlər bildiriblər ki, İran Qarapapq Türkləri Milli Cəbhəsi , bu ölkədə yaşayan qarapapaq türklərini vahid milli təşkilatda birləşdirməklə yanaşı, türk dilində təhsil məsələsininə xüsusi önəm verməlidir. Mərkəzi Komitə Milli Cəbhənin nəzdində İnsan Hüquqları Bürosunun yardılması məsləsini də müzakirə edib”-deyə cəbhədən bildiriblər.
“Mərkəzi Komitə təşkilati məsələyə də baxıb. Sulduz şəhər sakini, 1988-ci il təvəllüdlü Navid Soltani İran Qarappaq Türkləri Milli Cəbhəsinin sədri seçilib. Daha sonra Navid Soltanin təqdimatı əsasında Həsən Əhmədoğlu Milli Cəbhənin sədr müavini seçilib. Məhəmmədrza Sulduzlu isə Milli Cəbhənin Baş katibi təyin edilib.
İran Qarapapaq Türkləri Milli Cəbhəsi Mərkəzi Komitəsi Gürcüstan Türkləri Konfederasiyasının 30.11.2011-ci il tarixdə qəbul etdiyi “Yaşıl-qırmızı-ay-ulduzlu” bayrağı Qarapapaq türklərinin milli bayrağı kimi tanımaq barədə qərar qəbul edib.
İclada məruzə ilə çıxış edəm Milli Cəbhənin Baş katibi Məhəmmədrza Sulduzlu qeyd edib ki yaxın 2 ay ərzində İran Qarapapaq Türkləri Milli Cəbhəsinin Tehran, İsfahan, Şiraz, Bəndər-Abbas, Məşhəd və Qəzvin komitələri təsis olunacaq”.
AVROPA PARLAMENTİ R. TAĞININ QƏTLİNƏ DAİR QƏTNAMƏ QƏBUL EDİB VƏ İRAN’A SƏRT MESAJ VERDİ
Avropa Parlamenti dekabrın 15-də Azərbaycan yazıçısı Rafiq Tağının qətlini pisləyən qətnaməni qəbul edib. (oxuzalı.az). Sənəddə deyilir ki, Avropa Parlamenti Azərbaycan yazıçısı Rafiq Tağının qətlini qəti şəkildə pisləyir və Azərbaycan hökumətinin Rafiq Tağının qətlini aydın şəkildə pisləməməsindən, ictimaiyyətin istintaqın gedişi ilə bağlı dolğun məlumat almasını təmin etməməsindən məyus olub.
Avropa Parlamenti Azərbaycan hökumətinin Rafiq Tağının qətlinin açılması üçün xüsusi qrup yaratmasını alqışlayır və onu istintaqın hərtərəfli və effektiv aparılması, qatillərin ədalətli məhkəmə ilə bağlı beynəlxalq standartlara uyğun şəkildə məsuliyyətə cəlb edilməsini təmin etməyə çağırır.“DİNLƏR TƏNQİD EDİLƏ BİLƏR”Qətnamədə deyilir ki, “bəzi din və inanc sistemlərinin tərəfdarlarının ayrı-ayrı şəxsləri hədələməsi və onlara qarşı zorakılığa çağırması, buna səbəb kimi həmin şəxslərin fikirlərinin “təhqiramiz” olduğunu göstərməsi tamamilə yolverilməzdir. Belə hədələrə və zorakılığa çağırışlara yol verənlər məsuliyyətə cəlb edilməlidir. Hədələrə məruz qalan şəxslərinsə təhlükəsizliyinə tam təminat verilməlidir”.
AVROPA BİRLİYİNDƏN İRANA SƏRT MESAJ
Avropa Parlamenti qətnamədə İran hökumətinə də müraciət edib.
Qətnamə İran hökumətini indi İran parlamentində müzakirə olunan yenilənmiş Cinayət Məcəlləsi layihəsindən “ölümə layiq olma” konsepsiyasını çıxarmağa çağırır.Avropa Parlamenti çox narahatdır ki, ayrı-ayrı şəxslərin qətlinə çağıran ölüm fitvaları İran məhkəmələrində qatillər tərəfindən öz əməllərinə bəraət qazandırılması üçün istifadə edilə bilər, öldürülən şəxsin “öldürülməyə layiq olduğu” səbəb gətirilə bilər. Parlament İran hökumətini çağırır ki, ölkənin daxilində və xaricində qətllərə çağıranlar, qətlləri planlaşdıranlar, yaxud icra edənlərin ədalət məhkəməsinə cəlb olunması təmin edilsin.Qətnamədə İran hökumətindən istənilir ki, Rafiq Tağının qətli ilə bağlı istintaqda Azərbaycan hökuməti ilə əməkdaşlıq etsin, İran ruhanilərinin ölkə daxilində, yaxud başqa dövlətin ərazisində kiminsə qətlinə çağırmasının qarşısını alsın.

Bu xəbər oxucular tərəfindən 1153 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |