Şrift:
Ermənilərdən yeni iddia gəldi və bir ad açıqlandı
11.07.2014 [12:19] - Gündəm, Hərb
İyulun 10-dan işğalçı Ermənistanın və separatçı Dağlıq Qarabağ rejiminin hərbi dairələri cəbhə bölgəsində Azərbaycan Silahlı Qüvvələrinə aid kəşfiyyat-diversiya qrupunu zərərsizləşdirdiyini iddia edir. “Media forum” saytı xəbər verir ki, bu yöndə daha bir iddia www.newsarmenia.ru saytında dərc olunub. Dağlıq Qarabağ rejiminin hərbi idarəsinə əsaslanan sayt iddia edir ki, kəşfiyyat-diversiya qrupu Kəlbəcər istiqamətində zərərsizləşdirilib və Azərbaycan Silahlı Qüvvələrinin bir neçə hərbi qulluqçusu əsir götürülüb.

İyulun 10-u axşam saat 10 radələrində yayılan məlumatda tutulan hərbi qulluqçulardan birinin 1968-ci il doğumlu Quliyev Şahbaz Calal oğlu olduğu bildirilir. Şahbaz Quliyevin rütbəsi barədə bilgi verilməsə də, onun Tərtər rayonunun Qapanlı kəndində qeydiyyatda olduğu vurğulanır.
Bu xəbər oxucular tərəfindən 826 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed