Şrift:
Qazaxıstanın baş prokuroru: “Janaozen şəhərində kütləvi iğtişaşların yatırılması zamanı 10 nəfər ölüb, yaralananlar var”
16.12.2011 [19:03] - Xəbərlər
Qazaxıstanın baş prokuroru Asxat Daulbayev Janaozen şəhərində baş verən kütləvi iğtişaşlar zamanı ən azı on nəfərin öldüyünü açıqlayıb.

Baş prokuror iğtişaşların yatırılması zamanı yaralananların olduğunu desə də, konkret rəqəm açıqlamayıb. Janaozen hadisələrinə həsr olunan brifinqdə çıxış edən Daulbayev şəhərdə administrasiya binasının , “Ozenmunqayqaz” şirkətinin binasının və mehmanxananın yandırılması barədə xəbərləri təsdiqləyib.

“K+” telekanalının məlumatına görə, hazırda Janaozen şəhərinə daxili qoşunlar yeridilib. Şahidlər şəhərin üzərindən vertolyotların uçduğunu və bütün mağazaların bağlandığını bildirirlər. Prezident Nursultan Nazarbayev Janaozen hadisələrinin araşdırılması üçün xüsusi komissiyanın yaradılmasına göstəriş verib. Kütləvi iğtişaşların təşkili faktı üzrə cinayət işi
Bu xəbər oxucular tərəfindən 1076 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed